Qadınlar nə istəyirlər?

dinləmək və anlamaq!

Əminəm ki kişilər bu sualı özlərinə və dostlrına dəfələrlə veriblər. cavabları təxmində edə bilərəm:

“Başa düşə bilmirəm!”

“Mən onun üçün hər şey edirəm o isə !..»

“Özləri bilmirlər nə istəyirlər”

“Gündə bir ağıla düşürlər”

Qadınları sevməyən, asket və bir az pedant XX əsrin ən böyük dahilərindən biri Ziqmund Freyd boz huceyrələrini bizi araşdırmaq yolunda qurban verib, 30 ilə yaxın bu movzuda tədqiqat aparıb, elmi iş yazmışdı. Amma yenə də bu suala birmənalı cavab tapa bilməmişdi.

Sualı cavablamaq isə o qədər asanddır ki, bunun üçün böyük alim, ekstrasens və ya gələcəyi görən olmaq lazım deyil. Sadəcə qadınların oxuduqları kitabları, sevdiyi filmləri və  dinlədikləri musiqidəki mövzunu araşdırmağa bircə həftənizi sərf eləsəz bu suala çətinlik çəkmədən cavab taparsız, əziz kişilər. Amma əgər bu bir həftəyə də heyfiviz gəlirsə, sirrin üstində yatan qalın pərdəni açmağa sizə yardımçı olaram. Qadınlar xətrinə…

Sorğu

Maraq üçün hər iki cinsdən dostlarım arasında qadın və kişi münasibətləri haqqında olan ən sevdikləri filmlərin reytinqi hazırlamağı xahiş etdim. Sadəcə bu siyahıya baxıb cinslər arasında fərqi anlamaq olar!

Kişilərin sevdiyi filmlər

1. Terminator

2.”Ehtiras obyekti”

3.”Əsas instinkt

4.”9,5 həftə”

5. Qəddar oyunlar

6. Təhlükəli əlaqələr

7. Don Juan De Marko

8. Alfi

9. Tanış olun, Djo Blek

10. Qadınlar  nə istəyir?

Qadınların sevdiyi filmlər:

  1. Titanik
  2. Cangüdən
  3. Ruh
  4. Gözəlçə
  5. Ədəbsiz təklif
  6. Arzular hara gətirir
  7. Ailəcanlı
  8. P.S Mən səni sevirəm
  9. Küləklə sovrulanlar
  10. Qürur və Qərəz

Fərqi hiss etdiz? Kişilərin seçdiklri filmlərin çoxunda baş qəhrəman yaraşıqlı,  playboy – dur. O qadınlara ancaq həzz obyekti kimi baxır. Filmlərin əksəriyyətnidə sonluq kədərlidir. Baş qəhrəman yeganə sevdiyi qadını monoqam münasibətlərə hazır olmadığı üçün itirir.Filmlərdə qadınlar hissiz qatillər, erotomanlar və çox zaman mənəviyyatsızdırlar (Yəni kişilərə bütün qadınlr belədirlər demək asand olsun və yaşasın poliqamiya!!!.). baş qəhrəma kişilər bu qadınların fitnə – fəsadlarına  aldanaraq məhv olurlar.  Qadınlar onların yaşamaq və yaratmaq istedadların boğur, həyatlarını dözülməz bir cəhənnəmə çevirir.

Qadınların sevdiyi onluqda isə demək olar ki bir iki istisnanı çıxmaq şərti ilə hər şey xoşbəxt sonluqla bitir. Qadın obrazları çox güclüdür. Və bu güclü qadınlar kişilərin həyatlarına müsbt deyişikliklər gətirirlər. Filmdə kişilər bu qadınlar fəth etmək üçün  müxtəlif qəhrəmanlıq göstərirlər. Film boyu onların deyişdiklərini, qadınları uörunda hətta karyeralarını qurban verirlər.

Romantika şərqliyə yaraşır?

Hər bir qadın yuxarıda adlarını sadaladığım  filmlərdən istəniləninə baxanda  yaxşı ya da kədərli sonluğundan asılı olmayaraq göz yaşı tökür. Hətta bəzən bu filmlər ən çətin anlarımızda bizim üçün Çinlilərin “Talelər kitabının” daşıdığı funksiyanı daşıyır. Bu filmlər, Bridgit Djonsun gündəliyi tipli, yəni əziz kişilər, sizin bəyənmədiyiniz bulvar romanları bizim bütün suallarımıza cavab verir. Biz hər birimiz bu filmlərə baxanda, kitablarımızı oxuyanda acı reallıqdan qaçıb heç olmasa bir .neçə saat  o kitabdakı ya ekrandakı qadıının həyatını yaşamaq istəyirik…

Gözəlçə filmini bir yerdə izləyəndə qadınınızın gözlərinə baxın! Riçard Qirin qəhrəmanı dişlərində gül dəstəsi sevgilisinə xoş sürpriz eləmək üçün yanğınsöndürənlər üçün pilləkandan qalxanda əminəm ki, qadının baxışı heyranlıqla dolu olacaq! Bəs yatağa səhər yeməyi gətirmə səhnəsi? Yağışın altın durub sevgilisinin pəncərəsi altında  “İ love you baby” oxuyan kişi? Butun bu  filmlərdən olan xırda epizodları bizdə yaşamaq istəyirik. Bu reallıqdan qaçışı tək xəyalımızda təkbaşına yaşamaq istəmirik. Amma heyif ki, bizim romanımızın qəhrəmanları futbol və pivəni bizdən üstün tuturlar….

“Bir dəqiqə… – deyib, bu sualı verməkdə də haqlısız: Nə vaxtdan Hollivud – bu xulyalar fabriki, komersiyalaşmış dünya və hansısa ucuz bulvar romanları dəyərlər diqtə edib necə yaşamağımızı müəyyənlədirir?Niyə biz yaşamağı filmlərdən və kitablardan öyrənməliyik? Yaşadığımız reallıq və mühit başqadır! Bura nə Amerikadır, nə də Avropa! Bizim neçə əsrlik ənənələrimiz var!! ”

Düzdür, reallıq başqadır! Mühit fərqlidir. Bəs o zaman niyə siz avropa oyunu Futbola baxırsız? Nə üçün Avropalı kimi geyinirsiz? Nə üçün Avrop və Amerika əyat tərzində özünüz bəyəndiyiniz hər şeyi mənimsəyirsiz!

Bir qohumum var, o tipik Avropa dəyərərinə nifrət edən amma Lacosta  geyim markasına sadiq, istirahətətə ailəsiz Avropaya gedən, amma valideynlərinin yanında həya edib övladını qucağına götürməyən, həyat yoldaşına: salam, çay gətir, açarlarımı görməmisən,  mən getdim qapını bağla, gecən xeyrə qalsın  cümlələrindən ibarət ünsiyyət formasını seçən insandır. İşdəki qadınlarla ünsiyyət qurur, zarafat edir. Evə gələndə isə “ağır şərq kişisi” obrazına girir. O ciddi – ciddi düşünür ki, həyat yoldaşına xoş söz demək, onun uçün romantik bir şey etmək “düşüklükdür”. Həyatında həyat yoldaşına qarşı etdiyi ən romantik addım onun qapısına elçi göndərmək olub!  Və təəssüf ki, bu yeganə belə nümunə deyil. Təbii anlayıram ki, çoxlarının iqtisdi vəziyyəti ağırdır. Və çox şeyə maddi vəsait çatmır. Amma xoş söz demək üçün, parka gəzməyə çıxmaq üçün minlərlə dollar pul lazımdır?

Bizim zahirən Avropalı, qəlbinin dərinliyində isə Azıx mağarası insanı qalan kişilər Bir faktı da unudurlar  ki,biz qadınlar bir əsr əvvəlki qadınlar deyilik. Ehtiyaclarımız və düşüncə tərzimiz fərqlidir. Biz kişilərə verdiyimiz qədər və hətta  bir az da çox almaq istəyirik. sadəcə çox funksiyalı ev robotu  lazımdırsa gəlin paltarından ucuz istənilən dükanda onu ala bilərsiz…

Qayıdaq sualımza: Qadınlar nə istəyir?

Bu yeni geyim də ola bilər, elmi dərəcə almaq arzusuda.

Eyni zamanda ona qabyuyan maşını kimi deyil, insan kimi yanaşmağı da arzulaya bilər.

Ya da əri  onu sevsin –  ən azı iki ildən bir xəz şuba alsın, vaxtı – vaxtında zibili atsın, ad gününü, ilk dəfə görüşdüyü günü və toy tarixlərini unutmasın, romantik olsun –  nə bilim romantik şam yeməyi, kino, teatr…. Eyni zamanda yaxşı maaşı olsun, geniş və işıqlı mənzilləri olsun, qaynanasın və dostlarını sevsin.

Biz gözləyirik ki, sevdiyimiz insan bizi anlasın. Deyingən olmasın. Intelektual dərəcəsi o həddə olsun ki, bütün dostlarınız onun ağzından çıxan hər sözü heyrətlə dinləsinlər, rəfiqələriniz isə sizə həsəd aparsın.

Qadın uğurlu karyera qura bilər, o XXİ – ci əsrdə min nəfərlik zavodun müdiri, taksi sürücüsü, təkbaşına yaxta ilə dünya səyahətinə çıxa bilrər. Ya da 6 uşaq tərbiyələndirə bilib, beş dəfə ər deyişdirə bilər. Eyni zamanda  inadcıl amerikan feministi kimi olub ona yaxınlaşan hər əks cinsin nüayəndəsini məhkəməyə verə bilər. Amma bir şeydən heç bir qadın imtina edə bilməz; komplimentlər və diqqət, hörmət və onunla qürür duymaqdan.

Bir də, qadınlar statusundan, bankdakı hesabından asılı olmayaraq yetkinlik dövrünə qədəm qoyduqdan bəri ancaq bir şeyi arzulayır – sevgi. Bu qadının təbiətidir! Sorğu çekirsək yəqin ki qdınların 99.9 faizi birinci yerə sevgini qoyar. Qadın sevəndə bu hissə görə hər şeyi qurban verə bilər. Hər şeyi və hər kəsi.

Ikinci yerdə  xoşbəxtlik. Xoşbəxlik nədədir sualına isə çox həmcinsim sevgidə deyə cavab verirlər. Deməli birinci və ikinci punktlar bir – biri ilə çox sıx bağlıdır.

Üçüncü yerdə qadında pul, maliyyə cəhətdən heç kimdən asılı olmamaq arzusu gəlir. (heç kim dedikdə sevgili nəzərdə tutulmur. Qadın sevəndə mən və sən yox olur yerinə biz yaranır).

Dördüncü yerdə qadında sağlamlıqdır. Beşinci yerdə diqqət və qayğı gəlir. Diqqət bizim Axiles dabanımızdır. Biz diqqətsiz gul günəş şüası görmədkdə necə solursa elə də məhv oluruq. Gundə iki sms, axşam sevdiyimiz şokolad, həftəsonu maraqlı planlar bizim solmamağımız üçün yeterli minimumdur.

Beləliklə qadınların nə istədiklərini bilmək üçün 30 il tədqiqat aparmağa, ya da Mel Qibsonun “Qadınlar nə istəyir ” filmindəki kimi paltarlarımızı geyinib bizim kimi düşünməyə və fikirlərmizi oxumağa ehtiyac yoxdur. Qadınlar nə istəyir sualına cavabı qadınlar özü sizin qulağınıza pıçıldaya bilər:

“Sevgi, Qayğı və Diqqət”!

Vəssəlam.

“Qadınlar nə istəyirlər?” üzərinə 15 şərh

  1. Salam…

    Ən sevidiyim film Pride and Prejudice – Qürur və Qərəz

    Yalnız bu kinoya diqqətlə baxmaq kifayyətdir ki, qadınların nə istədiyini biləsən…

    Sevgi, Qayğı və Diqqət artıq hər şeydir, qadın demək olar ki, hər şeyi istəyir…

  2. her shey bir qiraga…
    eyni planetden olmagimiza baxmayarag ne qadin ne kishi siyasihisinda sevdiyim filmerden bir denesinin bele olmamagi kino zovglerinin cinsiyyetle elaqesi olmadigini dushundurdu.
    fight club’daki marla singer’e salam gonderirem.

  3. Vefa,men mektebden senin dahi oldugunu bilirdim!!!!Men eminem ki,bu yazdiqlarinla neinki menim,butun qadinlarin ureyinden xeber vermisen….isterdim yazdiqlarini en cox beylerimiz oxusun ve netice cixartsinlar…en cox ise “avropa geyimli, ancaq azix magarasinin insani kimi dushunen” benzetmeni beyendim..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma