balkonqarınlar haqqda fikirlərim

Cəlil bəyin hekayələrini bir daha vərəqlədim. Və Cəlilin yazdıqlarının günümüzlə necə səsləşdiyini gördüm. Məmmədhəsənlər, novruzəlilər, xudayarbəylər, fatmanisələr… bütün bu obrazlarda kimisə tanıdım. Təəssüf ki, düşüncə tərzimiz də bu yüz ildə dəyişməyib. Bizim insan necə kölə ruhlu, xurafat və mövhumatla yaşayırdısa, XXI əsrdə də non stop bu həyat tərzini “ulu öndərimiz” demişkən, prioritet sayır.
Yəni demək istədiyim budur ki, biz çox qəribə xalqıq. Bizi döyə-döyə bir addım proqresə doğru sürüyürlər (necə ki, sovetlər dövründə bizi döyə-döyə sivil adam eləməyə başlamışdılar, yavaş-yavaş kütlədən xalqa çevrilmə prosesi gedirdi), bir az azadlığın qoxusunu hiss edən kimi yenidən əsl mənliyimizə, şüurumuza, yaxud şüursuzluğumuza döndük. İndi iki addım geri- reqresə doğru elə sevinə-sevinə, hoppana-hoppana gedirik ki, elə bil böyük bir qəhrəmanlıq edirik. Hətta bu milli gicliyimizi çox gözəl əsaslandırırıq da: Bircə sözlə, pardon, bircə adi sözlə – bu söz mentalitetdir.
Bir dəfə Hikmət Hacızadə ilə söhbət edirdik. Söhbət mentalitetdən düşəndə çox maraqlı bir misal çəkdi. Sən demə, XIX əsrə qədər yapon xalqı haqqında ora səyahət edən avropalı səyahətçilər yazırdılar ki, dünyanın ən pinti və bacarıqsız xalqıdır. Təsəvvür edirsiz, bu sözləri dünyanı hər an texniki yenilikləri ilə təəccübləndirən, dünyanın ən ağıllı xalqı (təbii ki, yəhudilərdən sonra) adını alan yaponlardan cəmi 150 il əvvəl nələr yazırdılar. Amma cəmi 100 ilə bu millət maariflənmə və təhsildə islahatlar nəticəsində dünyanın ən inkişaf etmiş ölkəsini yaratmağa nail oldu. Deməli, mentaliteti dəyişmək heç bir zaman gec deyil. Mentaliteti dəyişmək – ona başqa forma və görünüş vermək, bir sözlə, yırtılmış köhnə donunu dəyişib, daha praktik və son dəblə biçilmiş don geyindirmək olar. Təki istək olsun.
Bəs bu istəyi necə yaradaq xalqda? Bir tikə çörəyini alıb bununla kifayətlənən, üstəlik buna şükür edən millətə necə yol göstərəsən? Yalnız bir yol var- ona qızıl dağlar vəd etmək. Billi Qeytsin öz milyardlarını yalnız ağlının gücünə qazanmasından mühazirələr təşkil etmək lazımdır ona. Başa salmaq lazımdır ki, Bill Qeyts məhz buna görə istənilən polis rəisindən, rüşvətxor məmurdan, prokuror və həkimdən daha varlıdır.Vəssalam, görün, millət uşaqlarını necə oxudacaq, qızlı-oğlanlı uşaqlarını məktəbə göndərib, necə elçi gələnlərə yox deyəcək!
Sadəcə hər millətin zəif yerini tapmaq lazımdır. Neynəyək ki, bizim millət məişətə aşırı bağlıdır. Onu ordan qoparmağın tək yolu Molla Nəsrəddin kimi biclik işlətməkdir. Sonra isə təhsil almış, gözləri açılmış bir nəsil yetişəcək. Onlar isə… nə isə əvvəlcədən danışmaq istəmirəm. Hələ bığlı, qalstuklu, balkonqarın atalarımız qızlarını ərə verməyib məktəbə göndərsinlər, sonrası yaxşı olar, proqressə doğru bir addım da olsa, atmış olarıq…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma