Təlxəklər və Məmmədxanov barədə bir neçə söz

təlxək orta əsrlərdə şahın simvolik əkizi kimi qəbul olunurdu. Təlxəklərə başqalarına qadağan olunan bir şey – həqiqəti demək izni verilirdi. Təlxəklərə əqli inkişafan geri qalmiş insanlar kimi davranırdılar. Bununla belə şahı güldürməkdən, əyləndirməkdən başqa təlxəklər ona xalqın əhvalını xəbər verirdi. Orta əsrlərdə azad söz ilə bağlı ciddi probləmlər var idi. Kralı heç kim tənqid edə bilməzdi. Bəzi vasallar təlxəyin yardımı ilə kralların ədalətsiz qərarlarını ələ salır, onun absurdluğunu açıb qoyurdular ortalığa. Təbii ki, bununla vasallar özlərini həmdə sığortalayırdılar. Əgər zarafat kralın xoşuna gəlməsəydi o təlxəyi cəzalandırırdı. bəzi  tarixçilər iddia edir ki, Fransanı III Henrixin dövründə təlxək Şiko idare edirdi.

İndi bizim təlxəklərə qayıdaq. Bir insan var Anar Məmmədxanov. Əliyev atanın dövründə saray təlxəyi rolunu öz üzərinə götürmüşdü. Pis – yaxşı kralı və varis şəhzadəni əyləndirirdi. ona görə ona deputat mandatı və xırda xuruş biznes payı verdilər. o zamanlar neft dollarları axını ciblərdə sıxlıq yaratmırdı həm də, dünyanın hər yerində villalar yox idi. bakıda isə əl altı bir təlxəyin olması çox vacib idi. ələxsus kazinolar bağlanandan sonra.

Sonra isə, yuxarıda dediyim kimi, təlxək kralın simvolik ekizi idi. əkizlər də bir birinə dəhşət oxşayırlar. həm fiziki hım mənəvi. İlhamın ürəyini vurdu Anar. Və iqnor başlandı. Təlxək içməyə başladı. O tənha idi. Kralını yenə əyləndirmək istəyirdi. Kralın əvvəlki rəğbətini qazanmaq üçün onu tənqid edənlərə od püskürməyə başladı.  belə edəndə ona daha da yaxınlaşdığını hiss edirdi. bu artıq xroniki hal almağa başladı, artıq onu sevməyənlərə deyil, onun səhv addımlarına belə bəraət qazandırmağa başladı. amma  olmadı, İlham gözünün ucu ilə də ona tərəf baxmadı, baxmır, baxmayacaq….

Anarın son özünə diqqət cəlb eləmək cəhdi:http://news.day.az/politics/228139.html

Ağır dərddi 50 yaşında insan həyatını bu qədər mənasız çekirdi….

“Təlxəklər və Məmmədxanov barədə bir neçə söz” üzərinə 5 şərh

  1. Vəfa, cəsarətli yazirsan. Ən çox xoşuma gələn budur ki, doğma azırbaycan dilimizi incəliklərinə qədər bilirsən. Sən öz fikirlərini ustaliqla çatdirirsan. Fikirlərin aydin və canlidir. Jurnalist çoxdur, əsil jurnalist isə azdir. Lakin sən əsil jurnalist təsiri bağişlayirsan.

  2. Vefa bu yazini Anar sag olan zaman yazsaydin bir sey demezdim ama onu nezerine catdirim ki Anar artiq rehmete gedib, Bu veya bunabenzer yazilar yazmayin onun haqqinda. Onun kapitanliginin sayesinde 20ci esrin cempionu olub o kuboku bakiya getirmisik. O Azerbaycanda onde geden ziyalilardan biri idi.

  3. Qeyd etdiyin kimi telxeklik o qeder asan bir is deyil, hemise tehlukede olursan, cunki teriflediyin sabah seni ata biler. Telxeklik alcaqliq deyil, istedad teleb edir; bir nov senetdir. Sen bunlari bacara bilmirsense seni yaradan Allahi gunahkar tut, telxekleri deyil. Telxeklik serefli bir meslekdir. Bir de ki, Telxeklik Azerbaycanda qeyri-resmi bir qurumdur, milli deyerimizdir. Ona hormetle yanasmaq her bir azerbaycanlinin borcu olmalidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma