Yandırılmış kitablar silsiləsindən – Quranı yandırmaq istəyənlərə

mən dindar deyiləm. İnancı olanları qoyaq bir kənara dindarları və qatı dindarları sevmirəm. alternativsiz düşünən insanlarla nə söhbət ola bilər? amma bugün ABŞ – da Quranın 11 sentyabrda yandırılması xəbəri oxumaq da xoş deyildi.

kitabların dolayı yolla ideyalarında  yandırılmasına qarşıyam. Düzdü ideyanın müəllifləri bunu sadəcə fikir keçmək üçün elədiklərini desələr belə xoş deyil. Birinci Müsəlmanlar faktı araşdırmadan mənasız etirazlara, bayraq yandırmalara, turist əcnəbiləri döyməyə başlayacaq. Restoranlarda işləyən müsəlman  ofisiantların xristian müştərilərin yeməklərinə tüpürmə hallarına gətirəcək. Yenə baş beynimizi facebookdakı axirət bacı qardaşlarımız  “Müqəddəs Qurani Kərimi yandırılmasına yox deyən 999.999.999 adam axtarırıq” kimi qruplarını açmaqla yoracaqlar. (Yeri gelmişkən kimsə onlara desində facebookun bu qədər istifadəçisi yoxdur). sonra mücahislər beş – altı dünyadan xəbəri olmayan 20 yaşlı amerikalı əsgəri tutub edam edəcək. Uzun sözün qısası mənasız aqressiyaya yol açılacaq.

Başqa tərəfdən kitabı yandırmaq mənim aləmimdə əxlaqsızlıqdır. İstənilən kitab yandırılmamalı və qadağan olunmamalıdır.  Bütün diktatorlar, azad fikri sevməyən insanlar özlərinə lazım olmayan kitabları yandırmağa fikri boğmağa çalışır. həm dünyada ən pis yazılmış kitab belə bu aqibətə düçar olmamalıdır. Kitab inandığımız və hər gün ibadət etdiyim tək ehram olmalalıdır.

“Yandırılmış kitablar silsiləsindən – Quranı yandırmaq istəyənlərə” üzərinə 2 şərh

  1. Quranı ancaq Qurandan. islamdan xəbəri olmuyan yandıra bilər. mən inanmıramki o insan Quranı yandıra və həmin dəqiqədə bəlaya uğramıya. çünki Quranı yandırmaq fikinə düşən insan azğınlaşmış insan olmalı. birdəki bir şeyi düşünək əgər Quran elə belə kitab dey9l, heç tehrifde olmuyub. çünki ALLAH c.c buyurubki mən Quranı Qiyamətə kimi qoruyacam. müsəlmanlar Quranı qorumasada ALLAh onu qoruyur. əgər o insan quranı yandırsaydı dünyada möcüzəvi nəsə baş verərədi diyə düşünürəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma