Ah Avropa, Avropa

Ah, Avropa, Avropa… Gərək ki, Uinston Çörçil demişdi: “Demokratiya ideal rejim deyil, amma ondan yaxşısını hələ düşünməyiblər”. Avropada və avropalılarda, bilirsiz, nəyi sevirəm? Biz qafqazlılarda olmayan “rasionalizmi”. Avropada hakimiyyət maraqların və kapitalın birləşməsi üzərində qurulub.

Azərbaycanda Atropatena dövründən hakimiyyət ara müharibələr və hakim olmaq, lider olmaq ambisiyaları üzərində qurulub.
Dahi neft strategiyası, bilirsiniz, nə üzərində qurulub? Nəzərdə tutulmuş bir barrel üçün 11 dolar əvəzinə birdən-birə 15 dollar aldıq. Və burda böyük problemlər ortalığa çıxdı. Bu pulları necə xərcləyək? Bu səbəbdən paytaxtımız körpülər, yeraltı keçidlər, restavrasiya olunmuş binalar qazandı. Birdən acından ölərik deyə və Avropa Şurası, BMT və başqa bu qəbildən olan işləri gücləri boş-boş, heç kimin ciddi qəbul etmədiyi qətnamələr və bəyannamələr puskürən təşkilatların qəzəbinə gəlməmək üçün bu neft pullarından öz ciblərinə tökülən milyonlar şəlaləsindən sonra 2-3 damla da xalqa pay atdılar. Xalqın son bir loxma çörəyini itirmək qorxusuna stabillik adı verdilərÖlkədə istehsalat yoxdur, yeni texnologiyalar yoxdur, elm ölüb, basdırılıb, ili də verilib. Azərbaycan Milli Elmlər Akademiyası təqaüdçülər klubunu xatırladır. Gənclərin elmə marağı yoxdur. Zavodlarda nə mümkünsə, hamısı oğurlanıb və satılıb.
Xalqı bir az da yatızdırmaq üçün tamaşa və çörək paylanılır. Təqaüdçulər, Çernobıl və Qarabağ əlilləri bir neçə dəfə aclıq aksiyası keçiriblər. Amma nəticədə özlərinin zəif səhhətlərinə zərbə vurmaqdan başqa heç nə qazanmayıblar. Zabitlərimiz yenə də köks ötürüb bellərindəki kəməri bir az da dartıb kədərlə mənzillərinə göz gəzdirirlər ki, görək, nəyi satmaq olar ? Satmağa nə qalıb ki?!
Cəmiyyətdə hamı bu gün-sabah başlayacaq müharibədən danışır. Abırsız, vicdansız və qərəzli kanalın diktorları isə yalançı patriotizmləri ilə insanların son vətənpərvərlik hisslərini də öldürürlər.
Azyaşlı dilənçilər ordusu şəhəri bürüyüb. Onlar haqqında hamı utana-utana, pıçıltı ilə danışır. Sanki bunda heç kimin günahı yoxdur. Ümidsiz, əllərini sənə uzadıb bir neçə qəpik sədəqə gözləyən bu uşaqları görəndə Azərbaycanda yaşadığım üçün və yarımyuxulu vəziyyətə düşmədiyimə görə özümə nifrət edirəm. Mən bütün bu eybəcərlikləri niyə görməliyəm? Niyə tamaşa mənə təsir etmir7 Niyə hamının düşdüyü transa mən də düşə bilmirəm… Niyələr çoxdur. «Çünki» deyən birisi yoxdur.
Şəhərdə bomjların sayı artıb. Amma bunun da bizə dəxli yoxdur. Onlar azərbaycanlılar deyil. Milliyətcə ruslardır. Böyüyə hörmət qanımızdadır. Biz valideynlərimizin əlindən mənzili alıb küçəyə heç vaxt atmarıq. Dəqiq deyirəm sizə, bu skameykalarda yatan, üzü saç-saqqal basmış adamlar azərbaycanlı deyil.
Jurnalistlərin darıxmaq üçün vaxtları yoxdur. Bu ölkədə hər dəqiqə nə isə baş verir. Deyirlər, nəyə görə Azərbaycanda jurnalist təhqiqatı yoxdur? Necə olsun? Bu ölkədə hər saat nəsə baş verir. Və oturub düşünməyə, analiz etməyə vaxt yoxdur.
Siyasətçilərimizi mən dəniz atlarına bənzədirəm. Deyirlər, dəniz atları, demək olar ki, bütün həyatlarını yuxuda keçirirlər.  Bəzən bizim üçün sirli olan hansısa bioloji ritmə uyğun birdən oyanıb gözləri haranı görürsə, ora qaçırlar.
Ah, Avropa, Avropa. Bir az çox yox, bir azca rasionalizmindən bizə pay ver. Gəncliyində qoca Şərqdən bir para şeyləri çırpışdırdın. Indi borcları qaytarmaq vaxtıdır. Amma borcu verən də bunu  istəməlidir…

2008 – ci il.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma