Türkiyə və türklər haqqında

Bu millət bir işi başladısa onu absurda çatdırmağı əla bacarır. Həmdə burda kütləvi hamının qoşulduğu hərəkatlar çox mənasız olur. ya da bunlar mənasızlaşdırırlar onun hələ tam özüm üçün aydınlaşdırmamışam.

Siqaret –

Təxminən iki il əvvəl ictimai yerlərdə siqaret çekmək qadağan edildi. Əlbəttə xalq buna əncam tapdı. Amma hökümət başladığını davam etdirməkdə əzmli idi. Erdoğan hakimiyyəti siqaret çekənlərə qarşı bir kompaniyaya başladı gəl görəsən. Siqaretin qiyməti qaldırıldi. allahın Davidovu burda bizim pulla 3 manat 50 qəpiyədir. Amma təkcə qiymətləq qalxsa idi dərd yarı. YOX! bu qutuların üstündə eybəcər ölülüər şekli, qap – qara ağciyər, kapelnitsa altında uşaqlar, cavanlar, yaşlılar şekilləri yarandı. Ən iyrənci isə ölü adamın şeklidir.  maqazində bu qutu mənə uzadılanda tüklərim biz – biz olur. elə bilirəm bu ölüyə sürtüb veriblər o qutunu mənə (hərə bir cür dəlidir! mən də cəsədlərdən qorxuram). Nə isə bütün dünyada sadəcə bildirişlə ki siqaret sağlamlığınıza ziyandır kifayətlənirlər, türklər isə insana psixoloji təyziq də edir! hər halda bu zibili çekirəmsə onun ziyanını bilirəm…

EVET – HAYR!

düzünü desəm türk vətəndaşı olsaydım 12 sentyabrda bilmirəm cavabı qaralayardım. hər iki tərəf küçədə o qədər adama mənəvi təziq edirlər ki, iksinədə qarşı çıxmaq istəyirsən! bəzən bir küçədə üzbəüz dayanıb biri qromkoqovaritelden Kiliclaroğlunun o biri Erdoğanın çıxışlarını yüksək səslə yayımlayır. Səslər bir birinə qarışır. kimin nə dediyini anlamırsan! sadəcə küy!

Ya da ki, bu avtobuslar ən çox da EVET deyənlərrin Erdoğanın şekli və o iyrenc sesi ile goplarını eşitməkdən bezmişəm. Bir dəfı elə əsəbləşdirdilər məni ki, yolu keçən yerdə evet vərəqəsini mənə uzadan 16 yaşlı uşağa HAYR qışqırdım!

Mən hər şeyi başa düşürəm, və hətta insanların bu cür hər tin başı təbliğat aparmaq haqqlarının olmasını ayaq üstə alqışlayıram!!! Bravo! amma bu qədər absurda çatdırmaqda olmaz! adamı usandırırlar! elə bil bəhsə bəhsə giriblər! hər kv m kim çox olacaq! evet deyənlər ya hayr deyənlər! Bütün bu küyə Seda sayanın evet mahnısını və Ramazan ayının davulçalanlarını artırırn hansı kakafoniyada yaşadığımı təsəvvür edəcəksiz!

“Türkiyə və türklər haqqında” üzərinə 4 şərh

  1. Özümüzdə olanı deməyib başqasında olana lağ eləmək məncə düzgün olmaz. Düzdür yazdıqlarınız onlarda var. İnternetdə onlar qədər kampaniyalar təşkil edən elə onlar özləridir. Dərd orasındadır ki, polad, çakır, olub evet və hayır deyənlər bizim yaltaqlardır. Əsrlərlə rusun çörəyini yeyib indi türkə evet deyənlər kimlərdi? Türk uzaqbaşı bunlara molla verib, öyündüyümüz sovet alimlərini bizə türkmü verib? Nəyə görə evet deyirlər başa düşmürəm? Facebookda statuslarını türkcə qoyurlar, amma bir məsələ də var, onlar o evet və hayırı küçədə edə bilirlər, siz edə bilərsiz? onlarda az da olsa birlik var, bizdə var? Onlar 7 cəbhədə vuruşublar, düzdür uzaqbaşı vuruşmağı bacarıblar, hər halda birlik olub ki, vuruşublar. Öz gözümüzdə tiri görək, başqasında saman çöpü axtarmağa ehtiyac yoxdur.

  2. siqaret haqqinda olan qanunları türkiyədə dəstəkləyirəm. nəyə lazımdıye burda harasa gedirsen siqaret elinde, iyinden. tüstüsünden oturmaq olmur. mecbur olub başqa kafeye gedirsen ordada görsenki tüstü tüstüye qatışıb. lap adamın zəhləsi gedir siqaret çekenlerden.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma