Hökümətin ciddi cəhdlə gizlətmək istədiyi uşaqlar

Bugün Azadlıq radiosunda bu yazını oxudum. Əlbəttə məmləkətdən yaxşı xəbər gözləmək kimi absurd umid yox idi. Amma bu dərəcə də də hər şeyin pis olduğunu təsəvvür eləyə bilmirdim. 8 yaşlı uşaq məktəbə istəyir! Atası yoxdu. Anansı bütün günü işləyir. amma minimum maaşın və pensiyanın tam yarısı qədər 35 – 40 manat  toplayıb övladına məktəbli forması çanta ala bilmir.

o uşaq iki ildir məktəbli çantası və forması həsrətində qalıb. iki ildir artıq bu uşaq hər gün məktəbə gedib gələn yaşıdlarını pəncərədən baxışları ilə müşayət edir. bu uşaq iki il əvvəldən oxumağı yazmağı öyrənməli idi. əvəzində isə oturub bütün günü evində telekanalizasiya izləyir. Təsəvvür edin indi bu uşaq tək deyil. o minlərlədir. Təhsilini müəllimdən deyil Girşahindən və başqa bir neçə priyomda girənlərdən alır. Sizi dəhşət bürümür bu məmləkətin gələcəyi üçün?

Yenədə inanmayanlar üçün ya da xalqdan çox qopanlar üçün bu video

http://www.azadliq.org/video/10349.html

“Hökümətin ciddi cəhdlə gizlətmək istədiyi uşaqlar” üzərinə 13 şərh

  1. Quldarlıq dövründə quldar imperiyalar olub burda imperiya yoxdur, Rusiyadan taxıl gəlməsə acından ölərik deməli natural təsərrüfat da yoxdur. Qəbilələr var- hər rayonun öz qəbiləsi var. Bu özünü hətta marşrutlarda oxunan mahnılarda da göstərir, restoranlrın adında da göstərir. Heç ibtidai icma quruluşu da yoxdur, düzdür vəhşiləşmiş canlılar var, amma bunlar türkiyədən gəlmə paltarlar geyinirlər, o dövrdə belə şeylər olmub. Sizi bilmirəm, mən bir ad verərdim- həftəbecərizm.

  2. Əslində elədir, amma bunlar bu reallığı qəbul etmək istəmirlər. Hər 4 nəfərdən biri (daha çox ailə başçıları kişilər) urusyatdadır. Ordan pul göndərirlər. Skinxedlər bunlara nə edirsə o da azdır. Yaşa da müstəqil, görüm yaşaya bilirsənmi? Bir birimizin ətini yeyərik, hannibalizm yaxınlaşır(birinci commet sonuncu commetdə tamamlandı).

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma