Mən arzu edirəm…

Mən arzu edirəm ki, bir gün xalqımız qəflət yuxusundan oyanıb ətrafındakı bütün eybəcərlikləri görsün. Görüb düşünsün ki, niyə və kimlər onu bu günə qoyub. Və təkcə ətrafdakılarda deyil, səbəbləri öz passivliyində də axtarsın.
Başa düşmürəm, heç kim adi bir həqiqəti niyə görmür? O həqiqət isə çox sadədir: hər insan bu ölkədə azad doğulur və hamının bərabər hüquqları var. Mən arzu edirəm ki, Azərbaycan vətəndaşı onun bütün haqqlarının və vəzifələrinin ətraflı izahını verən Konstitusiya kitabına evinin bir interyeri kimi baxmasın.
Arzu edirəm ki, mənim 3 yaşlı bacım oğlu qanunların aliliyi hökm sürən ölkədə yaşasın, ədalət axtaranda prezidentə deyil, məhkəməyə müraciət eləsin. Vətəndaşı prezident – şah qorumasın, qanun qorusun. Təhlükəsiz həyatına görə qanunların aliliyinə borclu olsun.
Arzu edirəm ki, biz azadlıq və həqiqət uğrunda mübarizə apararkən nifrətlə dolmayaq. Biz hər zaman sevgi ilə silahlanaq, siyasi rəqiblərimizə qan düşməni kimi baxıb ona qarşı biabırçı kampaniyalar aparmayaq. Mübarizə ağılların və ideologiyaların mübarizəsi olsun.
İstəmirəm ki, inqilablar və ya vətəndaş müharibələri yolu ilə həqiqət uğrunda mübarizə aparaq. Bəlkə hədsiz idealistəm, amma dinc yolla mübarizənin daha effektiv olduğuna inanıram. Çünki belə mübarizənin simvolları Mahatma Qandi və Martin Lyuter Kinq olub. Və onlar bu yolla uğur qazanıblar. Hətta onlara qarşı kobud fiziki güc tətbiq edilsə də, onlar mənəviyyatları, güclü ruhları və əqidələrinə sadiqliyi ilə qalib gəliblər.
Arzu edirəm ki, budcədən 10 milyon dolları havaya sovurub, dünyanın 150 ölkəsindən “Su həyat mənbəyi olaraq qalır” kimi dərin mənalı aforizmlər sahibinin ad gününü qeyd etmək üçün gül-çiçək gətirilməsin. Həmin pula sadə insanların neçə sosial problemini həll etmək olardı.
Arzu edirəm ki, Azərbaycanda hakimiyyət monarxiya üsul-idarəsini özlərinə ideal hakimiyyət modeli seçməsinlər.
Arzu edirəm ki, cəmiyyətdə şərə qarşı mübarizə aparanlara, “Sənin nəyinə lazımdır? Otur, sakit həyatını sür” deyənlər olmasın.
Arzu edirəm ki, Azərbaycan gənci elmli, təhsilli olsun. Ən əsası isə ictimai həyatda aktiv olsunlar.
Arzu edirəm ki, Azərbaycanda incəsənət və mədəniyyət xadimləri hakimiyyətin əlinə baxmasın.
Arzu edirəm ki, Azərbaycanda qul təfəkkürlü insanlar bir qrup kimi yox olsun.
İnsanlarda urapatriotizm deyil, vətənpərvərlik hissi domenant olsun.
Arzu edirəm ki, mübarizədə bizi tərk edənləri qınamadan, geriyə baxmadan yalnız irəli gedək. Çünki geriyə yol yoxdur. Nağıllarda olduğu kimi: geriyə baxma, daşa dönərsən!

“Mən arzu edirəm…” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma