Nazirlər və prezident üçün realiti şou

realiti şoular bütün dünyata populyardır. Dom – 2 adlı axmaq realiti şou var Rusiyada hamı ona baxır. Ondan danışır. Bu popsanı – yeni realiti şouları bir az siyasiləşdirək. Məsələn:Azərbaycanda ötən həftə İlham əkə minimum Pensiyaları və əmək haqqını 10 manat qaldırıb. Gözümüz aydın indi 85 manat oldu minimum pensiya və maaş.

Realiti şou ideyası:Demək belə bir ev tuturuq, hər yerə kameralar quraşdırırıq. Bir aylıq nazirləri başda baş nazir olmaqla və dövlət başçısını salırıq o evə. Adam başına 85 manatlıq ərzaq alırıq. Mən hesabladım o pula aşağıdakı ərzaqları almaq olar:

2 kq ət

4 kq düyü

1 kolbasa

2 kq pesok –

2 packa cay –

10 kq kartof –

3 kq pomidor

2 kq pendir

1 kq toyuq budu –

4 packa – makaron-

10 kq un

30 dənə yumurta

sabun

şampun

diş pastası

Demək belə alıb bütün bunları verirsən onlara. Adam başına olacaq ərzaq zənbili. Qapıları bağlayırsan. Pop korn alırsan əlivə televizor qarşısında oturub onların hər birinin bu minimum maaş və əməkhaqqı ilə necə bir ay keçinəcəyinə tamaşa edirsən. Şounun  adınıda fikirləşmişəm “hər şey vətəndaş üçün”

Özüm ölüm həyatımın yarsını bu tamaşanı seyr etmək imkanı üçün verərdim!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma