Batumidə sərsəri bir gecə

çox iyrənc bir qanunauyğunluq var! nədən çox qorxursansa başına gəlir! Qorxu filmlərinə baxa bilmirəm. Baxmağa başlasamda sonuna qədər baxmasam fantaziyamda daha pis sonluqlar şekilləri canlanır. uzun sözün qısası bir gün pulsuz parasız, qalmağa yerim olmadan Batumi küçələrində gecələməli oldum. əlimin altında telefon, şokolad, su, birdə blaknotum var idi. Həmin gecə yaşadıqlarımı ora yazırdım. həmişə nəsə məni narahat edəndə, inicidəndə bu haqqda yazıram, sonra yazdıqlarımı oxuyub nə qədər mənasız şeyə görə narahat olduğumu anlayıram. bəzən o qədər də, mənasız olmadığıda üzə çıxır. amma bu çox nadirən baş verir.

nə isə yanvar, 2010

Batumi

gecə saat 4 dür. dayanacaqda oturmuşam. nisbətən təhlükəsiz yerdir. Parkda itlər çoxdur. Saat 3 – ə qədər internet klubda idim. sonra pulum qurtardı vaxtı artıra bilmədim. çıxıb gəzişmək istəyirdim. bir it dalımca düşdü. itlərə yəni böyük itlərə qarşı fobiyam var. harda görsəm elə bilirəm ki yaxınlaşıb məni dişləyəcək. bu dəfə dişlənmək təhlükəsi artıq real idi. qaçmağa başladım. kimsəsiz bəzi yerlərdə isə işıqsız küçələrlə qaçırdım. bir podyezdə girib dama qalxdım. meh əsirdi,ağaclardakı yarpaqların xışıltısı sanki hansısa təhlükədən mənə xəbər verirdi. beynimdə baxdığım bütün qorxu filmlərini söyməyə  başladım. azadlıq belə şeydir. azad yaşamaq istıyirsənsə bunlara qatlanacaqsan. pulsuz parasız sərsəri kimi damlara çıxıb səhərin açılmasını gözləyəcəksən. Ümidlə qonşu evlırin pıncərələrinə boylanıb işıqların yandırılmasını gözləyəcəksən. işıqların yanması səhərin gəlişi deməkdir. büzüşüb şokoladımı yeyirdim ki, birdən yağış başladı. müvəqqəti sığınacağımı da tərk etməli oldum. məqsədsiz tanımadığım yerdə başımı örtəcək yer axtarırdım. Yoluma çıxan kilsələr bağlı idi. avtobus dayanacaöında seçimimi saxladım. tək tük maşınlar o yan buyana gedirdi. hər zaman gecəni sevdiyimi deyirdim. gecə aşiqi idim. Gün işığını heç vaxt sevmirdim. o da mənə eyni hisslə cavab verirdi. günə alergiyam var. Gün altında 20 deq qalım səbr gətirməyə, başım ağrımağa başlayır. gecələr özümü daha gümrah hiss edirəm. orda avtobus dayanacağında oturanda isə, günün çıxmağını, insanların küçələrə tökülməyini səbirsizliklə gözləyirdim. gün gəlsə idi, bu panika yox olardı. rəsmən hər kolun dibində bir ximeram oturub mənə tələ qurduğunu düşünürdüm ki, birdən addım səsləri eşitdim. büzüşüb yumaq olub gözlərimi yumdum. Nə həyatım lent kimi gözüm qabağından keçdi, nə də dua oxumaq istəyi yarandı. sadəcə bədənimi qorxu iflic etmişdi. sonra qorxunu qovub qametimi düzəltdim, gözlərimi açanda qarşımda ağ fartuk, əlində bıçaq üzü gülümsəyən adam durmuşdu.opa! qorxu yerini marağa verdi! kişi məni süzürdü məndə onu!

– kamardjoba- dedi

– KAmardjoba – cavab verdim

Roqoraxar ve dalinca bir eşalon gürcücə anlamadığım sözlər.

sözünü kəsib, gürcü olmadığımı dedim

_ rusca saatı soruşdu!  5: 30  dedim.

Köksünü ötürüb maqazini açmağa hələ vaxt var dedi. sonra vizitkasını verdi, ət lazım olsa gəl.

Sağollaşıb getdi.

gəldiyi kimidə getdi. birdən məni gülmək tutdu! gic gülmək!

Küçə işıqları söndü. qaranlıqda evlərin pəncərəsinə baxmağa davam edirdim. işıqlar yansa hər şey yaxşı olacaq….

“Batumidə sərsəri bir gecə” üzərinə 3 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma