Şevçuk və Aqşin – fərq var!

bugün iki yazı oxudum biri Şevçuk haqqında ikincisi Aqşin Yenisey haqqında. Birinci yazıda ziyalılardan ve ziyalının rolundan danışılır. ikincisinde bir jurnalist o biri şairdən partiya üzvü olmağı və ya olmamağı ile bağlı şübhələrə son qoyulmasini tələb edirlər. gülməli idi, birini (oxu: Şevçuku) siyasi aktivist olduğu üçün, ziyalı mövqeyi olduğu üçün göylərə qaldırırlar, ikincisini (oxu: Aqşin Yenisey) isə yerdən yerə vururdular.

Amma belədə olmalədır. Rusiya və ya bizim kimi bedbext xalqların hər zaman xalqdan çıxan düz sözü şahların, əmirlərin üzünə deyə bilən qəhrəmanlara ehtiyacımız var. Rusiyada belə qəhrəmanın ulduzu Putinle görüşəndən sonra parladı. Bizdə isə…

Aqşin niyə bu qədər tənqid olunur?

Məncə dostları Aqşinə sadəcə onu demək istəyirlər ki, ziyalı və ya özünü ziyalı sayan adam heç bir partiyanın üzvü olmamalıdır. Toplumla siyasətçilərində toplumun vicdan səsi olmalıdır. O tərəf ola bilmız. kiminsə tərəfində olmaq o deməkdir ki, sən tərəfdarının fikri ilə də hesablaşıb razılaşmalısan.

Bunu onun dostlari deyir. tebii ki her kesin hansi partiyada olması ya olmaması onun şexsi işidir. Amma məncə yenə deyirəm məncə partiyada olmamasi daha yaxşıdır. Fikir adamları hər zaman müxalifətdə olmalıdır. əks halda deqradasiya Zelim Yaqublara, anarlara elçinlərə çevrilmə prosesi başlayır. Bu iqtidardakılar! müxalifətdəkilər isə partiyanın şərəf və ləyaqətini qorumağa başlarını qatır.

Şevçuk niyə sevilir? Çünki  heç bir zaman krala qarşı qalxan vessal olmayıb. Yura kralı devirib, başına onun tacını taxıb: Kral öldü! Yaşasın kral ! demək istəmir. O daha yaxşı və ədalətli Rusiyada yaşamaq istəyir!

Bəs Aqşin nə istəyir?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma