Istanbulda Ramazan

Türklər dəhşətli toplumdur. Hər gün yeni paradoksla üzləşirəm. Ailə tərbiyəsi, toplum insanları olmadıqları kimi görsənməyə, başqa sözlə desək ikiüzlüliyə təşviq edir. Bir tanışım Oruca başlayanda, uşaqlıqdan tuturam məndə ehtiyacdır oruc tutmaq dedi. Mən anladığım qədəri ilə o buna vərdiş kimi baxır. Və çoxları üçün bu belədir. İnancdan daha çox bu ən azı mən gördüyüm qədər adət ənənə tərəfə bir reveransdır.

Dünən taksimdə bir məkanda idik. Bura adətən rokçular, mesiqiçilər bir sözlə öz azadlığını az qala hər jesti ilə göstərən adamların yeridir. Fərqlilik alınlarında, geyimlərində, jestlərində canım sənə desin saçlarında yazılıb. Həmin yerin yiyəsi bizə yaxınlaşıb Ramazan olduğu üçün işlərin pis getdiyindən gileyləndi. Niyə, axı buranın müştəriləri fərqlidir? sualını verəndə, o ikiüzlüdürlər deyib çiyinlərini keçdi.

Bugün evimizin yanında olan maqazinə düşüb pivə almaq istəyirdik. İftar vaxtı idi. Maqazin bağlı idi. Sonra axsam yene getdik. gece 12 də. Açıq idi. Satıcıdan dözməyib soruşdum iftarda niyə bağlı olduqlarını. Cavab məni təəcübləndirdi desəm yalan deyərəm intuitiv artıq hiss edirdim. Oğlan dedi ki, həm oruc tutur həm də iftar zamanı ən azı siqaret və içki satılan yeri bağlayır, hörmətdən! Vualya! Bu sadəcə özünü aldatmaq, vicdanla alverdən başqa heç nə deyil! Ya sən inanırsan, ya yox! Ya sən riayyət edirsən, ya da yox! Üçüncü yoxdur! Üçüncü seçim varsa bu ikiüzlülük, publikaya oyun ya da ki ən pis özünü aldatmaqdır.

Türklərin ən böyük problemi yarımçılıqdır. Ya da Pers demiş özlərini tapa bilməməkləridir.

“Istanbulda Ramazan” üzərinə 2 şərh

  1. Vefa cox deqiq sezmisen turkleri. MEn de turklernen bir gemide ishleyirem. Bir tek azeri menem. Oruc tutmaq bunlarda daha cox adetdi. Iftar acandan sonra vodka da icirler, pive de!!! Imkanlari olsa iftari pive ile acarlar amma burda da eneneden uzaqlashmirlar

  2. Ataturk onlari azad elemek, avropalasdirmaq isteyirdi, bu turkler ise (boyuk qismi) gericiliyi secdi, niqabi secdi, ortulmeyi, qizlarini mektebe gondermemeyi secdi. yazilanlar heqiqetdir Vefa! sene bir 5

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma