Kültürsüzlük problemi

Cəmiyyət haqqında qiymət tanınmışlarına  baxıb vermək olar.  Bizim tanınmışlar kimdir? Yazıçılar – yox, filosoflar – yox, rejisserlar – yox!  Kimdir bizim məşhurlar? Yemək verlişləri aparanlar – hə! toyxana müğənniləri – hə, hə, hə!!!

Yeri gelmişkən deyim, ya da yazım, 1 news deyilən bir, bütün müqəddəs qüvvələr qorusun, xəbər saytı var. Orda Bomond bölümü var. Bomond aristokratiya, elita demekdir. Bu bölümdə ulduzələr və ulduzlar haqqında xəbərlər verirlər. Belə başlıqlara rast gəlmək olar: Validə Abbasova qızının ad gününü harda qeyd etdi, Safura Əlizadə klipini keçərkın az qala boğulurdu, Xuraman Şuşalı kimə ərə getdi, Röya nədən narazı qaldı və.s. Bu da bizimkilərin bomond anlayışı. Bilmirən nə vaxt bizim Bomond səhv istiqamətə dönüb, bəlkəm elə əvvəldən belə yanlış yolda olub.

Bəlkəm yanlışımız kültürü ərəb sözü mədəniyyət adlandırdığımızdan başlayıb. Kültür şumlamaq deməkdir.Beyinləri şumlayıb fikir toxumu səpməkdir anlamındadır. Necə gücərəcəyi artıq insandan asılıdır. Amma toxumu səpən insanın vacibliyinidə əsla istisna etməməliyik. Bizim fikir səpənlərimiz isə bomondumuz, elitamız ya bizə sırınan elitanın Safuralar, Validələr, Röyalar olduğu müddətdə yaxşı məhsulun olması mümkün deyil.

Bu normaldırmı? Bilmirəm. Mənə görə anormaldır. Fikri ilə deyil fikirsizliyi ilə gündəm yaradan insanların səpici olması təhlükəlidir…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma