Süründürməçilik qurbanlarındanmısınız?


Süründürməçilik, bürokratiya, nə bilim nə. Bizdə xırda məmur özbaşınalığını necə istəyirsən, adlandırmaq olar. Mahiyyət dəyişmir. Onsuz da stress və həyəcanlarla dolu həyatımızı xırda məmurların süründürməçiliyi lap dözülməz edir. Xırda, yaxud yüksək vəzifəli məmurlar vətəndaşa xidmət etmək üçün təyin olunurlar.

Onlar vətəndaşın halal pulundan yığılan vergilərdən maaş alırlar. Demək, xalqa doğru və vicdanla xidmət eləməlidirlər. Fikir verdinizsə, “eləməlidirlər”.  Reallıqda isə nəyin şahidi oluruq? Yüksək vəzifəli məmurlar nazirlər, nazir müavinləri milyonlarla bəzən milyardlarla (nazirlikdən nazirliyə fərq var) dolları, ya da manatı (öz aramızdır, son zamanlar camaatda dollara sevgi xəstəliyi keçib gedir) qatlayıb qoyurlar ciblərinə, vətəndaşın qayğılarına və problemlərinə isə 14 mərtəbədən tüpürürlər.
Xırda məmurlar isə böyük akulaların şikarına ağızları sulana-sulana baxıb, “niyə mən bu qədər şanslı deyiləm?” deyib acığını sidqi-ürəklə xidmət eləməli olduğu vətəndaşdan çıxır. Rüşvət almaq üçün onu get-gələ salır, işini uzadır. Bizim vətəndaşın da savadı yoxdur, öz haqqını qorumaq istəmir. Həm də patoloji tənbəldir. Canını, vaxtını məmur özbaşınalığı ilə mübarizəyə sərf etməkdənsə, hörmətimi edim, başım dinc olsun deyir. Məmur da özgəsi deyil ki, özümüzünküdür də, mentaliteti bilir. Bilir, kimdən necə pul qoparmaq olar.
Bu gün gün ərzində düz iki dəfə belə bir halla qarşılaşdım.

O zaman bu mənə böyük dərd kimi gəlirdi. Həmişə dövlət məmurlarından və diş həkimlərindən uzaq gəzməyə çalışmışam… hər nəysə  Mədəniyyət və İncəsənət Universitetindən diplomumu ala bilmirdim. Yəni iyul ayından magistr dərəcəsini aldığımdan düz dekabra qədər bugün gəl sabah gəllə qaşılaşırdım. almamaq səbəbim çox gülməli idi: diplomlar yazılmayıb.  Sayaq: avqust, sentyabr, oktyabr, noyabr. Dörd ay. Düz dörd ay idi ki, “sevimli” universitetim məni get-gələ salırdı. Biz magisrtlər cəmi 23 nəfər idik bütün universitetdə. Demək ki, 23 magistrin diplomunu yazmaq cəmi-cümlətanı 2,  lap maksimumla götürsək, 3 saat vaxt aparar. Amma mən nə başa düşürəm məmurlarımızın işlərindən?
Universitetdən çıxıb poçt idarəsinə gedirdim bu gülməli izahdan sonra. İsveçrəyə bağlama göndərməliydim. Bir bölmədən o biri bölməyə iki saat futbol topu kimi pas atırlar məni. 2 saat  vaxtımı poçtda keçirdim. Pulumun qalığını düz vermədilər. səsimi şıxartdım qabağıma bir sabun atdılar ki, xırda pulumuz yoxdur. Səsimi çıxardım, növbədə duranlar üstümə düşdülər ki, yekə qızsan, görmürsən işləri necə ağırdı? Bütün günü o yan-bu yana qaçıb bizə xidmət edirlər. Sən də 50 qəpiyin davasını salmısan. Istədim deyəm ki,  “MƏNƏ NƏ?”,elə buna görə o, burda maaş alır ki, mənə xidmət eləsin. Amma qulaq asan yox idi. Camaat bir-birinə indiki cavanların necə pozulduğundan danışmağa başladı.
Özünə hörmət gözəl hissdir. Özünə hörmət edən xalq, özünə hörmət edən vətəndaş. Özünə hörmət edən xalq həmişə udub, qazanıb. Bizdə özünə hörmətdən əsər-əlamət görmürəm. Özünə hörmət edən müəllim, yüksək vəzifəli, orta, yaxud xırda məmur rüşvət almaz. Bilirəm, ən asan yolu rüşvət almaqdır. Amma bu tez tükənən yoldur. Həm mənfi emosiyalarla yükləyir adamı. Axı rüşvət almaq üçün qarşındakını və özünü sındırmalı olursan. Amma vicdanla pul qazananda insan özü ilə fəxr edir. Qürur duyur. Və müsbət enerji alır. Bundan gözəl nə ola bilər? Amma biz tənbəl xalqıq. Bizə daha asanı kimdənsə pul qamarlayıb əlimiz əlimizin üstündə oturmaqdır. Amma yenə də yaşasın, özünə hörmət və təmiz vicdan.

“Süründürməçilik qurbanlarındanmısınız?” üzərinə 3 şərh

  1. Bakıya qisa səfərim əsnasında adi bir arayış almaq üçün dövlət dairəsinə müraciyyətə getdim. Məni qəbul edən məmur müraciyyətimi dinlədikdən sonra dedi “Mənə hörmət elə, işivi düzəldim.” Mən isə cavabında “Axı mən sizə nə vaxt hörmətsizlik etdim?” olaraq cavab verdim. :)))

  2. yeqin “shirinlik” gozleyirdi, yaziqlar. imtahandan kesilende en axirinci gedirdim, canlari chixib qiymet yazirdilar, diplomu da katibe zeng eledi ki, hami goturub, gel sen de gotur diplomu, sabah arxive gedirler, bunlara bele lazimdi, xirda gozleyende 5 qepiye qeder gozleyirem, 5-den ashagi olanda da ki, “it aparan olsun”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma