lal, kar və kor olmağın üstün cəhətləri

İstəyirsən bu dünyada var olasan,
Gərək lal, kar, kor olasan!

Bu dünya dedikdə günü-gündən çiçəklənən, böyük addımlarla inkişaf edən Azərbaycanı nəzərdə tuturam. Bu toplum heç nə görmür, eşitmir və heç nəyə reaksiya bildirmir. Reaksiya bildirənə də acıqlanırlar ki, “bəlkə də əlahəzrət, zati-aliləri bizim üçün nəsə edəcəkdi sən dilləndin deyə, acıqlanıb heç nə etməyəcək.” Bu feodal düşüncəli rəiyyətlə nə edəsən? Dərdini kimə danışasan, adam qalır mat-məəttəl.
Ağalar bəy  “Azadlıq” radiosunda maraqlı bir cümlə işlətmişdi: “Azərbaycan hökuməti xalqı boşayıb”. Bunu eşidəndə düşündüm – Azərbaycan hökuməti nə vaxt xalqla evlənmişdi ki? Nə vaxt bu xalq naminə, cibi, ailə maraqları naminə yox, məhz ailədən olmayanlar üçün nəsə etmişdir?

Rəfiqəm Fransada yaşayır və mənə tez-tez yazdığı maillərində Fransadan danışır. Fransada təhsil pulsuzdur, Fransada sosial müavinətlər böyükdür, fransız hökuməti xalqın narazı qalmaması üçün insanlara elə şərait yaradır ki, onlar işləməyə-işləməyə külfət saxlayırlar. Bu azmış kimi, fransızlar nəinki “əlimdə olanı itirərəm” kimi absurd dəlillər gətirmirlər, hətta hakimiyyət nəyisə düz eləməyəndə küçələrə çıxıb etirazlarını bildirməkdən bir damcı da qorxmurlar. Orda hətta ərəblər belə, öz hüquqlarını qorumağı bacarır. Bizdə isə… son iki gün mailimə məktublar gəlir, adətən lal, kar və kor olmağı üstün tutan hakimiyyət tərəfindən unudulmuş azərbaycanlılar mənə işığın, qazın və suyun kəsilməyindən şikayət edib, nə üçün bu ağrılı mövzuya toxunub aksiya keçirmədiyimizi soruşurlar. Belə getsə, xalqla özüm evlənəcəm.

Təbii ki, mən hər zaman haqqi tapdalanın yanındayam. Təbii ki, nə qədər bacarıramsa, mən etirazımı bildirəcəm. Amma əziz xalqım, etiraz edəndə səni də yanımda görmək istəyirəm. Yoxsa sən Zamin demişkən, işıqsız, qazsız, susuz ibtidai insanın mağarasına bənzəyən beşmərtəbəli evinin rahatlığını, ya da qəpik-quruş qazandığın işini, ya pulsuz təhsil və səhiyyə hüququnu itirməkdən qorxursan? Əziz xalq, mən sənə hakim deyiləm. Amma bir şeyi adım kimi bilirəm, səni əzəndə sən müqavimət göstərməsən, səni daha çox əzəcəklər, hərdən şillə-təpik də alacaqsan. Müqavimət göstərəndə, divara qarşı dirənəndə isə ən azından düşmənin sənə hörmət edəcək. Amma düşmənin hörmətini qazanmamışdan öncə sən özün-özünə qarşı hörməti bərpa etməlisən. Boşanılmış, ya atılmış damğası ilə barışmaq olmaz.Çünki məntiqə görə,  seni boşayandan sonra səndən canını qurtarmaq istəyəcək ki, qulağının dibində çox vızıldamayasan. milçək onlar üçün bir şey deyil amma estetik zövqlərini korlayır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma