Şəhər ruhu olmayan şəhər – Bakı

Çox istəmirəm, bir balaca infilyasiya olsun. Elə bir azca bizim məhlədən keçsin, mənzillərin qiymətləri bir azca da düşsün, bir ev də alıb, kirayəyə verim daha dərdim olmaz

(4 il əvvəl “podyez”in girişində qeybət edən iki qonşumun söhbətindən)

Yazıq kişi, bu günləri görmədi,  öldü. Qiymətlərin düşməsini, camaatın işdən “məcburi məzuniyyətə” getməsini görüb sevinərdi. Çünki insanların qəmindən, qüssəsindən, problemlərinin çox olmasından ləzzət alırdı. Nifrət edirdi qonşularına, qohumlarına, avtobusda, metroda gördüyü insanlara. Yanından keçəndə bu sözləri mızıldadığını tez-tez eşidirdim: “Ölməli xalqdır”. Hayıf, kişi nakam getdi. Evini də uşaqları, Gədəbəydən gəlmə “qeyri-neft sektorunda” varlanmış (kartof biznesini monopoliyaya götürmüş) biznesmenin sürücüsünə satdılar. Qonşumun uşaqları isə köçdülər Sumqayıta.
Rəhmətliyin çoxdankı arzusu idi- balaca, təmiz şəhərə köçmək. Elə hey deyərdi: “Noolub ki, Sumqayıta?” Ekoloji cəhətdən təmiz, balaca, səliqəli! Qubadlıdan gəlmə alicənab məcburi köçkünlər, işsiz qalmış həyatdan küskün fəhlələr, Bakı-Sumqayıt yolunda həyatlarını çürüdən ofis işçiləri – bu şəhər əfsanədir. Həm də ağsaqqal hakimiyyətə gələndən sonra bankrot olmuş bütün milyonerlərin sürgün yeridir – Sumqayıt.
Sumqayıtdakı eks-milyonçuları sakit buraxıb (onlar elə unudulmaq üçün Sumqayıta köçüblər), qayıdaq  Bakımıza.
Bakının dərdi böyükdür. 4 milyon insana qucaq açıb. Təkcə dərd insanlar olsaydı, dərd yarıydı, bu insanlar metronu, avtobusu bəyənmir, hərəsi altına bir maşın alıb, düşüblər şəhərin canına. Burdan da tıxaclar, əsəblər… – şəhərin aurası pozulur.
Şəhərdə dincəlmək üçün bir yer tapmaq mümkün deyil.
İçərişəhərdə hər addımbaşı bir xalça və xarici turistləri aldatmaq üçün nəzərdə tutulmuş antikvariat mağazaları açılıb ki, onlar da insana bu açıq hava altında muzeydə rahat gəzməyə imkan vermirlər. Tərslikdən xarici görünüşümdən də turistə oxşayıram. İçərişəhərə gedən kimi madam, abla, madmuazel, miss kimi səsləmələrdən bezirəm.
Dağüstü park – sevgililər və onları pusan polislərlə doludur, Milli Parkda da eyni mənzərə, dünyanın sanki bütün bedbext, uğursuz adamlarını yığıb bulvara atmısan.
İnanırsız, şəhərə çıxıb bir az gəzəndən sonra yalnız bir arzu yaranır insanda, ya evə qayıtmaq, ya hansısa kafede oturmaq. Yəni kafemə qaçıb, bu reallıqdan gizlənmək. Əslində straus kimi gizlənmək qorxaqlıqdır. Amma güvənli yerdə özünü hiss etməkdən gözəl heç nə ola bilməz.
Bakı meqapolis deyil. Amma belə getsə, Azərbaycanın 8 milyonluq əhalisinin 8 milyonu da bura köçəcək. Niyə də yox. Yazıq Bakım həm iqtisadi, həm mədəni, həm də siyasi paytaxt funksiyasını öz zərif və seysmoloji cəhətdən sürüşkən çiyinlərinə götürüb. Ya da gücnən bu çiyinlərə qoyulub. Bakının əsl övladları isə tənbəl, heç bir işə yaramayan yekəxanalardır. Onların hüquqlarını pozursan, “qərdeşim, dövlətlə dövlətçilik etməyəcəyim ki” deyə fəlsəfəyə qapılır. Həmin qədeşin evinin yanından məhlə qızı ilə əl-ələ get, əlində bıçaq səni bütün Bakı boyu qovmasa, ümummilli liderimiz Heydər Əliyev deyil.
Bir dəfə Erkin Qədirli deyib ki, Azərbaycanda şəhər yoxdur. Çünki icmalar yoxdur. Siyasi fikir yoxdur. Şəhəri şəhər edən onun ruhudur.
İstanbulda hava limanından başlayaraq, azad nəfəs almağa başlayıram. İnanılmaz şəhərdir, orda özünü o qədər azad hiss edirsən ki, Dedal kimi qanadlarının olmamasına sadəcə heyifslənirsən.
Nə isə, söhbət uzandı. Allah rəhmət eləsin mənim qonşuma. Amma yazıq nakam getdi, bu, günü-gündən deqradasiyaya uğrayan cəmiyyətin aqoniyasını görmədi… Bakımıza.
Bakının dərdi böyükdür. 4 milyon insana qucaq açıb. Təkcə dərd insanlar olsaydı, dərd yarıydı, bu insanlar metronu, avtobusu bəyənmir, hərəsi altına bir maşın alıb, düşüblər şəhərin canına. Burdan da tıxaclar, əsəblər… – şəhərin aurası pozulur.
Şəhərdə dincəlmək üçün bir yer tapmaq mümkün deyil.
İçərişəhərdə hər addımbaşı bir xalça və xarici turistləri aldatmaq üçün nəzərdə tutulmuş antikvariat mağazaları açılıb ki, onlar da insana bu açıq hava altında muzeydə rahat gəzməyə imkan vermirlər. Tərslikdən xarici görünüşümdən də turistə oxşayıram. İçərişəhərə gedən kimi madam, abla, madmuazel, miss kimi səsləmələrdən bezirəm.
Dağüstü park – sevgililər və onları pusan polislərlə doludur, Milli Parkda da eyni mənzərə, üstəlik qorxulu Mikki Mauslar və Quffilər.
İnanırsız, şəhərə çıxıb bir az gəzəndən sonra yalnız bir arzu yaranır insanda, ya evə qayıtmaq, ya da “Əli və Nino” litkafesinə getmək. Yəni kafemə qaçıb, bu reallıqdan gizlənmək. Əslində straus kimi gizlənmək qorxaqlıqdır. Amma güvənli yerdə özünü hiss etməkdən gözəl heç nə ola bilməz.
Bakı meqapolis deyil. Amma belə getsə, Azərbaycanın 8 milyonluq əhalisinin 8 milyonu da bura köçəcək. Niyə də yox. Yazıq Bakım həm iqtisadi, həm mədəni, həm də siyasi paytaxt funksiyasını öz zərif və seysmoloji cəhətdən sürüşkən çiyinlərinə götürüb. Ya da gücnən bu çiyinlərə qoyulub. Bakının əsl övladları isə tənbəl, heç bir işə yaramayan yekəxanalardır. Onların hüquqlarını pozursan, “qərdeşim, dövlətlə dövlətçilik etməyəcəyim ki” deyə fəlsəfəyə qapılır. Həmin qədeşin evinin yanından məhlə qızı ilə əl-ələ get, əlində bıçaq səni bütün Bakı boyu qovmasa, ümummilli liderimiz Heydər Əliyev deyil.
Bir dəfə Erkin Qədirli deyib ki, Azərbaycanda şəhər yoxdur. Çünki icmalar yoxdur. Siyasi fikir yoxdur. Şəhəri şəhər edən onun ruhudur.
İstanbulda hava limanından başlayaraq, azad nəfəs almağa başlayıram. İnanılmaz şəhərdir, orda özünü o qədər azad hiss edirsən ki, Dedal kimi qanadlarının olmamasına sadəcə heyifslənirsən.
Nə isə, söhbət uzandı. Allah rəhmət eləsin mənim qonşuma. Amma yazıq nakam getdi, bu, günü-gündən deqradasiyaya uğrayan cəmiyyətin aqoniyasını görmədi…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma