Türkiyə hara, Avropa Birliyi hara…

türklər qəribə millətdir. Mən artıq 6 aydan sonra bezi qanunauyğunluqlar tapmışam.

Bu personala aiddir. Mağaza satıcıları,ofisiantlar, emniyyet işçiləri, salondakı personal və.s onlarla nə qədər şirindil olsan, lütfən, xahiş edirəm sözlərindən istifadə eləsən o qədər sənin ziyanınadır. Sənə sözün əsl mənasında uğursuz kimi baxacaqlar.və təbii ki, bir o qədər pis servis alacaqsan!

Elə ki, bir az Yuxarıdan aşağı baxırsan bir o qədər hörmətli olursan. Bir azda kobud danişsan olursan ən sevimli müştəri . sən səsini çıxarmayasan deyə hər şey edirlər!

Türkiyədə ən sevmədiyiniz idarə hansıdır sualını versəz bütün burda yaşayan xaricilər Emniyyət(İstanbul Polis Şöbəsi) deyər. Burda oturum, çalışma izni və tələbə vizası verirlər.

Emniyyətdə MDB vətəndaşlarına(qadınlara) hamsına potensial fahişə kimi baxırlar. Və buna uyğunda münasibət. Amerikada və ya Avropada vətəndaşlıq və ya viza almaq Türkiyədən milyon dəfə asanddı. Milyon sənəd, rekomendatsiya istəyirlər. heç bir şey sistematik deyil. İnternetden saat 1 – ə  randevu alırsan. gedirsən Emniyyete orda aldığın nömrə ilə yenidən qeydiyyatdan keçməlisən. Səbəb Lövhələr işləmir. Sonrada saat 3 də bəlkəm sənin sıran çatar, bəlkəm də yox. Çünki 10 pəncərədən cəmi 3 – ü işləyir.

Kondisoner yaxşı işləməyən zalda bir emniyyet işçisi əlində dəftər otutub yüksək səslə nömrələri oxuyur. Nömrəsi oxunan adam yaxınlaşmalıdı ona. Nömrəsini göstərməlidir. Həmin işçı nə üçün gəldiyini soruşur. Cavab verirsən. Əgər cavabın qənaətbəxş olursa səni yöləndirir. Məsələn: get 2 ci pəncərəyə. Gedirsən, orda da hər pəncərənin qarşısında darısqal koridorda 10 adam durub gözləyir. Kondisioner pis işləməsini qoyaq bir kənara, zatən bunu emniyyet işçilərinin rəftərından sonra həmin dəqiqə unudursan! Kobudluq, saymamazlıq, hörmətsizlik! bu yerdə profesionallıqdan başqa hər şeylə rastlaşa bilərsən. Eger hansısa möcüzə baş verdi və birinci dəfədən sənədlərivi götürdülərsə, o zaman təzkərəni (oturum izni haqqında kitabça) almaq müşkül məsələyə dönür. günlərcə gedib gəlirsən! Hazır deyil sabah gəl cavabını nə qədər eşitmək olar?

İnsaf yaxşı şeydi. Hər şeyi atsaq bir kənara emniyyetde adicə təzkərənin qiyməti 180 Tleyedir. İllik oturum izni 1000 Tl dir. Turistik viza üçün 300 Tl vermelisən. Gündə 300 nəfər təzkərə və viza üçün gəlir. Bunu hesablasaq, bir ferli işləyən kondisioner almaq, ya lövhəni təmir eləmək nədir ki? heç nə!

Məncə Avropa Birliyinə ancaq bu səbəbdən Türkiyəni götürməmək olar.

Problem ondadır ki tək əcnəbilərə qarşı belə deyillər, türk vətəndaşlarıda bürokratiyadan xaricilərdən az əziyyət çəkmirlər. Amma nə faydası! Türkiyə hökümətinə İzraillə davaya başlamaq, dövlət idarələrində qanun qayda yaratmaqdan daha asanddı.

“Türkiyə hara, Avropa Birliyi hara…” üzərinə 3 şərh

  1. Vefa xanım, İstanbul emniyetini bilmirem, çalışma iznimi Çalışma Bakanlığından, oturma iznimi Ankara emniyetinden aldım, ama ne dediyiniz süründürmeçiliyi, get-gelle, ne pis davranışla, ne kobud reftarla qarşılaşmadım. Senedlerinde problem yoxdursa, qebul edirler. Problem varsa, yardım edirler. Ve bu menin orada müşahide elediyim her xarici üçün keçerli olan davranışdı. Tamam, belli bir müddet gözlemek zorundasan, amma bu da memurlara bağlı mesele deyil ve zaten en başından sene prosedur haqda xeberdarlıq eleyirler. Dedikleri günde ve saatda da neticene elde edirsen. Her halda, men bu neticeni elde etdim ve emniyyetde de potensial fahişe müamelesi görmedim. Çünki emniyetdekiler artıq o qeder alışıblar ki, qapıdan girenin kim olduğunu da, hansı ölkeden geldiyini de anında müeyyenleşdire bilirler. Çox nadir hallarda yanılarlar…

    Qiymetlere gelince, önümüzde çox rahat müqayise imkanı var. Men de çalışma vizası üçün Türkiye dövletine 1200 dollar ödedim. Elbette çox böyük reqemdi. Amma bilirsizmi, niye ödedim? Çünki bizim acgöz hakimiyyet Türkiye vetendaşları üçün 40 dollar olan çalışma vizasının qiymetini keçen il 1000 manata qaldırıb. Türkiye de qarşılıqlılıq prinsipine göre 40 dollar olan viza qiymetini 1200 dollar edib.

    Eminem ki, sizi İstanbul emniyetinde möhkem qezeblendiribler ve bu sebebden sizi anlayıram. Amma Türkiye sadece sizi qezeblendiren İstanbul yabancılar şöbesinden ibaret deyil – men de öz tecrübemi sizle bu sebebden paylaşmaq istedim.
    Saygılarla

    Könül Şamilqızı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma