atalar və oğullar mövzusu

bugün Nunu ilə danışanda qəribə dejavyu hissi çekirdim. Nunu eyni problemlər məndə də var idi.

Pink Floydun “The Wall” filmində bir parça var. Ana övladını qucağına alıb, ona nəvazişlə baxır. Sonra isə çağa böyüdükcə ananın nəvazişindən bir şey qalmır, ana övladının inkişafının qarşısını alan divara çevrilir, ona əl-qol açmağa imkan vermir. Hər dəfə valideynlərindən şikayət edən gəncləri dinləyəndə gözüm önünə bu maraqlı parça gəlir.
Cəmiyyətimiz bizi kodlaşdırır ki, siz valideynlərinizi sevməli, onlara hörmət etməli, sözündən çıxmamalı, onun istədiyi universitetə girməlisiniz. Peşəmizi, gələcək həyat yoldaşımızı valideynlər seçir və s. XEYİR OLA? Niyə etməliyik? Məgər biz insan deyilik? Bizim seçim hüququmuz yoxdur? Təbii ki, hamımız valideynlərimizi sevirik. Hətta onlar bizim etimadı qazananda onlara hörmət edib və onlarla hesablaşırıq da. Hər halda övladı yalnız qocalanda valideynlərinə baxacaq dayə kimi yetişdirmədikdə, ona azad fərd kimi yanaşanda etimad, hörmət və sevgi də olur.
Azərbaycan cəmiyyətində hər şey anormal olduğu kimi, valideyn-övlad münasibətləri də özüldən yanlış qurulub. Razılaşın ki, ailə institutu Azərbaycanda qeyri-sağlamdır.

Sən nəs öz bildiyin kimi etmək istəyəndə və bir az inad göstərəndə başlanır! birinci eta səni nankor olmaqda günahlandırırlar. Duyğularınla alverə başlayırlar. bəs biz səni böyütmüşük istəyirik toyuvu görək, sonra toy olandan sonra nəvə görməyib bu dünyadan getmək istəmədiklərini deməyə başlayırlar…

Bir az dirənib duyğu alverini adlayırsan! başlanır qəflətən bütün xəstəlikləri üzə çıxır. təziq qalxır, ürək sancıları, bütün evi valeryan dərmanın qoxusu bürüyür! dəhşətli şeydi!
Bəzən belə riyakarlıqda olur: Get, nə istəyirsən et, amma başqaları bunu görməsin. Yəni məni sən maraqlandırmırsan, sənin düşüncələrin, həyat tərzin, nə ilə yaşadığın məni düşündürmür. Sadəcə cəmiyyət tərəfindən qəbul olunan bir şey var, qız uşağı saat 6-da evdə olmalıdır. Vəssalam.

Bundan absurd nə ola bilər? Valideynlərimiz bizimlə yaşadıqlarını dönə-dönə deyirlər! Amma biz övladların həyatı onların vecinə deyil. Biz sadəcə ailə tamaşasında bizə verilən övlad rolunu oynamalıyıq! Yoxsa həmin dəqiqə bizi anlamayan və anlamaq istəməyən ata-ana təzyiqləri, maddi sanksiyaları ilə üzləşəcəyik. Vay o günə ki, övlad ictimai işlərdə bir az aktiv olsun, valideynləri isə “az aşım, ağrımaz başım” sinfindən… Onda övladın kitabı bağlandı. Beləliklə, ailə övlada qarşı divara çevriləcək.
Maliyyə cəhətdən azad olmaq lazımdır. bu azadlığa gedən birinci yoldu!
Sonra ananın isti qucağından, atanın pul verən cibindən qopub əsl azad həyata atılmalıyıq.

“atalar və oğullar mövzusu” üzərinə 4 şərh

  1. düzü bilmirəm nə qədər şəxsi olacaq. münasib deyilsə cavab verməyin. bəs siz əsl azad həyata necə atılmısız?

    “təziq qalxır, ürək sancıları, bütün evi valeryan dərmanın qoxusu bürüyür! dəhşətli şeydi!”
    yuxarıdakını dəqiq yazmısız..bəs təzyiq qalxmalarına, ürək sancılarına necə reaksiya vermək olar..??

  2. sadece iqnor edirsen:)
    ve gorende ki sen onlarin dunya kimi kohne oyunlarin aldanmirsan sneinle dialoqa girirler
    bu adeten bu sozle baslayir a bala sen ne isteyirsen?
    cox emosionallar ise sen menim olumumu isteyirsen sozu ile dialoqa girirler

  3. Iqnor etmek ele de asan deyil axi…mesele, bele hadise olmushdu: atasi oglani sevmediyi qizla evlendirmek isteyirdi..oglan razi olmadi…seherisi gun atasi urek tutmasindan öldu.butun etrafadakilar oglana ata qatili kimi baxirlar..:(

    butun hallarda insanin oz azadligi her sheyden ustundur..

  4. valideyne vaxti chatandadersen ki, beri-bashdan ishinizi bilin, men buyam ve bele de olacam, gorursen dediyini deyir, onda: “siz shukr edin ki, men o-bu (“-“ornekler) kimi deyilem”, vessalam, danishanda da teze-teze sakitce dinleyirsen, sonra da sakitce yene de oz fikrini deyirsen, maksimum 1 hefte, sonra ne tezyiq problemi, ne urek, ne de ki, valeryan)))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma