gizlədilən kitablar

uşaqlıqda qonaq getməkdən zəhləm gedirdi. Uşaqlıqda çox asosial idim. Qohumlar gilə güc bəla ilə qonaq aparılanda özümü onlardan kitab rəfində eşilənməklə təcrid edirdim. Qohumlar və valideynlərim ” oxuyan uşaqdır” fəxrlə deyib əl keçirdilər. Bu kitablar bütün evlərdə bir- birinə oxşayırdı. Dünya ədəbiyyatı kitabxanası seriyası, Moris Dryunon əsərləri, Dyumanın qara cildli seçilmiş əsərləri, Min bir gecə, Anarın kitabları. Kitab rəfində həmişə ən üst rəfində adı oxunmasın deyə kitab gərcəsində tərs qoyulmuş kitablar var idi. Adından utanılan kitablar hər ailədə müxtəlif idi. Xalam gildə Gi de Mopassanın, gənc peterburqda oxumuş dayımın evində kamasutra, bibim gildə Emanuel, əmim gildə Mİn bir gecə kitabı idi.

Bu kitablar ən çox marağıma səbəb olurdu. Bilmirəm niyə. Onda heç bilmirdim bu nə kitablarıdır. Sadəcə onların bu şəkildə gizlədilməsi rol oynayırdı, yəni bir tərəfdən gözüvün qabağındadır, amma eyni zamanda bilmirsən nədir…

İndiyənə qədər qohumlarımın evində o kitablar eləcənə üzləri çevrili saxlanılır.

12 yaşımda anam Gi De Mopassanın “Əziz dost” (Милый друг)kitabı ilə məni yaxalamışdı.Kitabda alınıb gizlədilmiş ya da atılmışdı. İki saat küncdə dayanmalı oldum cəza kimi. yeganə izah bu sənin yaşın üçün kitab deyil. bir iki il əvvəl bu kitabı oxudum. İndiyənə qədər başa düşmürəm niyə mama elə əsəbləşmişdi. Bu kitab daha çox əxlaq nədir sualına cavab verir nəinki Dyumanın psevdo tarixi romanları…

“gizlədilən kitablar” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma