oğru elə bağırdı ki doğrunun bağrı yarıldı

ilham Əliyev

İlham Əliyev həzrətləri uzun sürən sakitlik andına xitam verib, danışdı. Nə danışdığını detalları ilə burda oxuya bilərsiz. Pop – korn filanda yanıvıza alın. Fantastik bir şey oxuyacaqsız.

Həmişəki kimi Lazım müəllim çıxışda birinci fiqur idi. Lazım gələndə beynəlxalq təşkilatlarla məsləhətləşirmiş şahımız, lazım gələndə onların məsləhətlətinə qulaq asırmış. Nə böyük şücaət! heç gözləməzdim! Etirafına görə son qərarı heç də düşündüyümüz kimi, İlham Əliyev   vermirmiş. Mətnin bu yerində göz yaşlarımı saxlaya bilmədim. Sən demə son qərarı xalqımız verirmiş.

Camaat, İlham Əliyev  siyasi cəmiyyət deyil, vətənpərvər cəmiyyət görmək istəyir! Mediyada siyasiləşməməlidir! (Azərbaycan,Xalq qəzetləri, Aztv bütün gün bunlar haqqında tərif yağdırması təbii siyasiləşmiş media deyil. Onlar İ.A – ya görə dünyanın ən obyektiv və professional KİV- ləridir ).

Düzünü desəm yazını sona qədər oxuya bilmədim ürəyim bulandı. Adam ya bizim gözümüzün içinə baxa baxa bizi ələ salır, ya da elə düşüncəsi ora qədərdir. Hər iki halda belə prezidentimin olmasına utanıram! Bu intervyudansa susmağa davam edərdi.

“oğru elə bağırdı ki doğrunun bağrı yarıldı” üzərinə 3 şərh

  1. her defe “bura”ya basanda, “neverniy URL adres” chixir))

    artiq “muzakirələr”, “danışıqlar”, “Qarabağ problemi” haqda heç 1 xəbəri oxumağa dəyməz, heç MİNSK qrupunun bəyanatlarını da izləmək də lazım deyil, artıq sübut olundu ki, “biz açarımızı itirmişik” və məsələnin həlli də bizdən yox, regionda maraqları toqquşan dövlətlərdən asılıdır, ki bunların kim olduğu hamıya bəllidir. fransa da ki, əslində ermənipərəst 1 ölkə olsa da, minsk-ə “bəzək üçündür” (o, bu yox, məhz fransa). S.P.-də də ki, rusiya öz hesabına daha 1 xal yazdı. onlar üçün əsas odur ki, həll olunmasın, bu şəraitdə də ki, hələlik “цель достигнута”. nəsə, maraqlı yazılar üçün təşəkkürlər!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma