uzun yol haqqında

bir az parkda oturub darmdağın fikirlərimi toplamaq istəyirdim. Əslində sadəcə gəzmək istəyirdim Fatya məsləhət gördü ki, parka gedib ayaqyalın qazonda gəzim. Fikir çox cəzbedici gəldi. Təbii ki,  evdən çıxan kimi yağış başladı. Və sadəcə parkda su çekirməyən agacın altında oturub aylardır üzünü açmadığım gündəliyimi vərəqləməklə kifayətlənməli oldum.

gündəliyimdən bir il əvvəl Micanda yazdığım qeydi bura transfer etmək istəyirəm. Bilmirəm niyə! Orxan demişkən iyə sualını vermək qadağandır.

“Həyat nədir” ya da,” Həyatın mənası nədir” sualları verən və bu suallara birmənalı ailəm, vətən  ya da başqa şablon cavablar verən insanlardan zəhləm gedir.Əslində onlar bu qeyri – səmimi suallarında və şablon cavablarında çox səmimidirlər. yəni buna həqiqətən inanırlar. Amma həyatın bir dəyər üzərində qurub axtarışda olmamaq absurddur. Absurd özünü tanımamaqdır. Amma özünü tanımaq cəhdi də, həyatda hər şeyin dadını çıxartmaq daim axtarışda olmaq da mənim halımda heç nəyə gətirib çıxarmır. boşluq. heç nə ilə doldura bilinməyən bir boşluq. Müəyyən mənada Makedoniyalı iskəndərin dünyanın sonunu axtarmaq üçün yürüşə çıxması kimi bir şeydi. Məqsəd dünyanın sonuna çatmaq idi. Yol gedilir. və sən bu yolda hər şeyi qurban verirsən. Dostlarıvı itirirsən, müxtəlif damğalar sənə vurulur. çox şeyi qurban verirsən.  ÖZüvə və yoluva sadiq qalirsan.Yol isə  heç bir yerə gətirib səni çıxarmır.

bunu bu uğursuzluğa düçar olacağıvı bilib heç yola çıxmayıb primitiv amöbalar kimi yaşamaq!?Ya da axtarışda olub  yenədə uğursuzluğa düçar olmaq! Prosesin özü əslində nəticədən daha vacibdir… Yol gözəldir. Sonu heç bir yerə gətirməsə belə

“uzun yol haqqında” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma