iki dövlət bir milllət!

Türklərlə Azərbaycanlıların oxşarlıqları təsəvvür etdiyimizdəndə çoxdur. Dünən istidən əziyyət çəkən dostlarımızla adalara plyaja getməyə qərar verdik. Saat yarıma gəmi ilə adaya çatdıq. Qızmar günəş altında adanı gəzib qumlu sahil axtarırdıq. Normal yerlər adambaşına 20 TL lüks yerlər 65 TL!  qalan Pulsuz yerlər çirkli və qayalıq idi. hətta restoranların həyətindəki hovuzlara girib sərinlənmək istəyirsənsə pul ödəməlisən.

Adada cimməyin bahalı zövq olduğunu başa düşəndə saat artıq 3 idi. Nicatın təklifi ilə xalqın çimdiyi yerə getdik. Bağdad caddəsinə!

Elə bildim ki Novxanıdayam! Türkiyədə tekstil sektoru çox inkişaf etdiyindən geyim burda su qiymətinədir. Plavkinin qiyməti 10 tldən(5 manat) başlayır. Sahildə kişilərin əksəriyyəti alt paltarı ilə çimirdi!?

Qadınlar isə! Bizim sarafan- xalatla dənizə girən qadınlara nə vaxtsa şükür oxuyacağım ağlıma gəlmirdi! Qadınlar( oxu –  başıbağlılar) jaketlə dənizə girirdilər! Jaketlə! dünınki istidə! Dənizdən çıxanda isə hiss olunurdu ki, Beyons və Shakira fanatlarıdırlar! O cür dənizdən sahilə iməkləyə – iməkləyə  seksi çıxışı illərlə məşq eləsəmdə alınmaz!

Türklərin dənizə münasibəti bizmkindən heç nə ilə fərqlənmir. Dənizə tüpürülür, təbii ehtiyaclarını ordaca suyun içində təmin edirlər. suda hemçinin siqaret kötüyü, selofan paketlər də görmək olurdu! nə siə dünən birinci dəfə istanbulda özümü evimdəki kimi hiss etdim!

“iki dövlət bir milllət!” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma