gecə və gündüz!

Azanın səsindən başa düşdüm ki bir azdan gunəş çıxacaq. Yuxusuzluq problemi hovuz probleminə çevrilir yavaş – yavaş.

Qırxı çıxmamış uşaq kimi gecə ilə gündüzü səhv salıram. Gecəni sevirəm. Gecə təhlükədir. Uşaqlıqda  hallivudun axmaq filmlərinə baxandan sonra məndə belə bir əminlik yarandı ki, bütün qatillər, mafiozilər öz cinayətləri üçün  gecəni seçirdilər. Mənim üçün günün ən işıqlı hissəsi gecədir.

Gecə müəyyən mənada insanlara bənzəyir: ilk görüşdən maraq oyatmır. saat 12 dən – 2 ye qədər o yetkinləşir, üçdən dördə qədər uğurun zirvəsindədir, özünün ən yaxşı illərini yaşayır,saat 4 – dən səhərə qədər sadəcə kölgəsi qalır. Can vermələri və ölümü isə əsl faciədir. Gün çıxır və bats… sən yoxsan! Gün qədər iyrənc heç nə yoxdur. Gecəni yatmamış insanı dəli eləyə bilər. Parlaqlığı göz qamaşdırır, istisi nəfəs almağa qoymur!

Nə isə gedim yatmağa! gözlərimi yuman kimi yenə gecə olacaq

“gecə və gündüz!” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma