99 frank reallığı!

Reklam siniklər uchun biznesdir.
Həyat – hamı uchun oyundur.

A. Tarkovski
bugün yenidən
99 frank filminə baxdım. Adətən bizi heyretlendirən əsəsrlər ikinci oxunuşda və baxışda o qədər də dərin təəsüratlar buraxmır. Bu filmi isə istisna oldu! İki il əvvəl bu film haqqda yazdığım yazını bura yerləşdirmək qərarına gəldim. bu filmə baxdıqdan sonra yazmışdım.


Mən tamaşaçıya və oxucuya müasir dünyanın zəifliklərini, sadəlövhlüyünü, qorxularını və qərəzliyini göstərən filmləri və kitabları çox sevirəm. Ələlxüsus da bu sərt, real, iyrənc, bir az da ironiya ilə və sərhədlərdən çıxmaq qorxusu olmadan təsvir olunanda. Beqbederin “99 frank” kitabındakı kimi.
Əslində bu kitabın əsasında film çəkiləndə mən maraqlı bir şeyin alınacağına inanmırdım. Çünki sevdiyim başqa bir yazıçı Züskindin “Parfümer”i ekranlaşdırandan sonra bu qəbildən romanların ekran həyatına inamım zəifləmişdi. “99 frank” kitabı reklam dünyasına ciddi bir şillə idi. Kitabı oxuduqdan sonra mən uzun müddət TV-yə baxa bilmirdim. Və bu effektin uğursuz film ilə korlanmasını istəmirdim. Amma yanıldığıma çox sevindim.
Beləliklə roman haqqında – baş qəhrəman Oktav Paranqo, özü dediyi kimi, dünyada hamıdan çox “bizim” beynimizə təsiri edən insandır. O əvvəlcədən bilir ki, biz necə olmaq istəyirik, necə fikirləşirik və nə yemək istəyirik. Oktav reklamçıdır. O müasir uğur qazanmış insanın prototipidir. Uğurun bütün atributları onda var – ən son model avtomobillər, bahalı, sifarişlə tikilmiş kostyumlar, ən gözəl qızlar, kokain gecələri. Reklam biznesində ona tay olanı yoxdur. Onun yalnız “balaca” bir problemi var, o özü ilə harmoniyanı itirib. Oktavın həyatı stress, narkotik və əyləncə ilə doludur. O özünü tapmaq istəyir. Amma bu özünüaxtarış yolunda özünü daha çox itirir. Buna nakam məhəbbət və işdə problemləri də əlavə eləsək, kitabın sonunda özünü öldürməsinin səbəbləri az-maz bizə aydın olar.
Əslində Beqdeberin “99 frank” kitabı, yaxud kitab əsasında çəkilmiş eyniadlı film reklam dünyasının bütün iç üzünü açmasaydı və reklam dünyasının işçilərinin insanlığa qarşı törətdiyi bütün cinayətlərə görə cəhənnəmə (əgər o varsa) “bronsuz” düşəcəklərini əsaslandıran hərəkətləri bütün incəlikləri ilə göstərməsəydi, adi, sıradan bir roman və ya film sayılardı.
Şəxsən mənim ehtiyatda bir ömrüm olsaydı, onu kitabın qəhrəmanı Oktav kimi keçirərdim. Boynuma alıram, tələbəlik illərimdə reklam dünyası məni özünə cəzb etmişdi. Reklam dünyası öz leybelləri, titrləri, qeyri-adi ideyalar və ona sitayiş edən reklamçılarla öz qonaqpərvər qapılarını bir neçə aylıq mənə açmışdı. Mən də Oktav kimi 18 yaşımda anladım ki, XXI əsrin məhz bu “incəsənəti” ilə məşğul olmaq istəyirəm. Bəli, reklam mənim üçün incəsənətdir. Ancaq elə başa düşməyin ki, reklam dedikdə mən prokladkalar, yuyucu vasitələr, yaxud snikers haqqında çəkilmiş reklamları nəzərdə tuturam. Reklam dedikdə mən Coca- cola, Nike, Adidas haqqında mini filmləri nəzərdə tuturam. İnsan necə istedadlı olmalıdır ki, yuxarıda sadaladığım firmaların bir dəqiqəlik roliklərində belə gözəl və emosional epizodlar yerləşdirsin və eyni zamanda elə sloqanlar fikirləşsin ki, insanı gecə oyatsan da, onu əzbər deyə bilsin? bunun pərdəarxasını öyrənənə qədər istəyirdim…
“99 frank” filmi bizi bu reklam dünyası və mətbəxi ilə tanış edir. Bu dünya çox sadə və qəddardır. İllik gəlirləri kiçik bir Afrika ölkəsinin illik büdcəsinə bərabər olan kreativ reklam qrupları bütün ili bir qlobal məsələni həll etməyə çalışırlar: biz istehlakçıları daha gözəl şəkildə necə tilova salmaq olar. Televizoru yandırana qədər biz normal insanlarıq. Amma bu zəhləmgetmiş düyməni basdıqdan sonra çevrilirik adi istehlakçılara. Fikir vermisinizmi, düşünmədən mağaza rəflərindən məhz “Panten provi”, “Palmoliv”, “Alvays” və “Gilete” kimi məhsulları seçirsiz.
Bilmirəm, nə dərəcədə buna haqqım var, amma hamıya bu kitabı oxumağı, sonra isə mütləq filmə baxmağı məsləhət görərdim. Çünki bu film düz üzünüzə necə yanlış yaşadığınız haqqında həqiqəti tüpürür. Amma təəssüf ki, tupürcəyi üzünüzdən “Palmoliv” sabunu ilə təmizlədikdən sonra filmdən aldığınız gözəl əhvalla siz marketə alış-verişə gedib bir neçə min leybl və marka görəcəksiniz. Və heç nə olmamış kimi, zənbilinizə “Danone” yoqurtlarını, “Jalə” şirələrini, “Dana” düyüsünü yığıb istehlaçkı həyatınıza davam edəcəksiniz…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma