Azadlıq qəzetində konteksdən çıxarılmış fikirlərim

Dünən Xalq Cəbhəsinin Gənclər Təşkilatının Emin və Adnanın bir illik həbsi ilə bağlı tədbirdə iştirak etmişəm. Bugün Azadlıq qəzetində dünənki çıxışımı (bura girin) oxudum. Jurnalistlərin konteksdən çıxarıb fikirlərimi təhrif edərək yazmaqlarını heç sevmirəm. ona görədə bəzi məsələlərə indidən aydınlıq gətirim ki, heç kimdə yanlış ilyuziyalar yaranmasın.

Bizim mübarizəmiz uğursuzdur çünki ətrafımızda insan toplaya bilmirik. Bilirəm ki mubarizəni onsuzda 1 faiz aparır və həlledici anda kutlədə inam yaratsalar onlara qoşulurlar. bir nuans  vacibdir. İnam yaratsalar! İndiki anda muxalifətdəki gənclər xalqa xitab etmir. Öz ətrafında 60 – 70 nəfərə xitab edir. Üç – dörd ay əvvəl vərəqələr çap edib yayın  ideyası vermişdim Ebulfəzə, hətta İstanbuldan mitinqə dəvət vərəqəsi də nümunə kimi gətirmişdim. Nəticə – yoxdur.

Son vaxtlar ünvanıma sən İlham Əliyevi söymürsən demək müxalifətçi deyilsən kimi fikirlər səsləndirilir. Bunu doğru yol olduğunu sanmıram.İlham Əliyev şəxsiyyəti ilə mənim heç bir problemim yoxdur. Onun idarə etmə siyasətini bəyənmirəm, onun daxili və xarici siyasətinin olmamağını bəyənmirəm. Bunuda  gizlətmirəm. Amma şəxsən tanımadığım insanı sırf bir dəstə nə yaxşı qızsan deyəsən təhqir etmək fikrim yoxdu.

Hansısa səbəbdən gələn insanlarıda saxlaya bilmirik.  reqlament olduğu üçün demədiklərim: insanlar ona görə qalmır ki, bütün təşkilatlar məqsəd və idealogiya ətrafında yox rəhbərlər subyektiv fikirləri ətrafında qurulur. belə olduğu halda heç bir nəticə əldə etmək olmaz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma