Burjuaziyanın təvəzökar cazibəsi

Cəmiyyətin rifahı meşşanlar üstündə qurulub.
Əli İsa Cabbarov

Meşşanlar inqilaba meylli deyillər və stabillik tərəfdarıdırlar. Adətən, onlar orta təbəqənin, kiçik burjuaziyanın nümayəndələridir. Güclü iqtisadiyyat bir qayda olaraq orta təbəqənin üzərində qurulur. Keçmiş ABŞ prezidenti Ronald Reyqanın “Reqanomika” adını almış iqtisadi reformaları orta təbəqənin dəstəyində qurulmuşdu. Bəs bizdə necə, kiçik təbəqə mövcuddur, yoxsa hələ də formalaşmayıb?! Əgər meşşanlığın göstəricisi inqilaba meylin olmaması və stabillik arzusudursa, onda Azərbaycan əsl meşşanlar ölkəsidir. Çünki dünyanın heç bir dövlətində vətəndaşlar bizdə olduğu qədər stabillik arzulamırlar. Zarafat deyil, min bir əzab- əziyyətlə əldə olunan maddi dəyərləri itirmək qorxusu istənilən inqilabi ideyaları elə təhtəlşüurdaca boğmaq iqtidarındadır. Axı kim istəyər ki, uzun illər qurduğu karyerası, biznesi və ümumiyyətlə, həyat tərzi hansısa virtual inqilaba görə alt-üst olsun?!

Azərbaycan meşşanının izahlı həyat lüğəti:
Ev – “novostryka”- 100 kvadrat, üç otaqlıya çevrilmiş iki otaqlı (“leninqradski proyekt”) “vosmoydan” o yana olmasın. Ya da Razində villa.
Bağ – Mərdəkan, Novxanı (dənizə yaxın olmalıdır).
Maşın –  C klass «Mersedes» (dördgöz də olar – kimin pulu nəyə çatır)
Həyat yoldaşı – Əmi qızı, dayı qızı və ya yaxşı cehizi olan yaxın qohumlardan biri. əsas şərt ev qızı olması.
Toy – «Neolit», «monte kristo».
Gəlinlik – «Çagteks»
Saç düzümü – «grace»
Bəy – «Damat»
Təhsil – İqtisadiyyat Universiteti (oğlanlar üçün), Tibb Universiteti (qızlar üçün), Bakı Dövlət Universiteti (hər iki cins üçün məsləhətdir)
İş – gömrük, bank, polis, nazirlik (vergi, FHN olsa, lap yaxşı)
Hərbi xidmət – SKA, Prezident Qvardiyası
Siyasi əqidə – YAP, YAP, YAP!!!!!!
Simpatiya bəslədiyi siyasətçi – Anar Məmmədxanlı, Ceyhun Osmanlı
Ən çox istifadə etdikləri sayt – disput.az
Geyim – «Manqo» “Lacoste”

Musiqi – Röya
Oxuduğu qəzet və jurnal – «Aysel», «Elman»,  «Kosmopolitan»
Kitab – Çingiz Abdullaev, Paolo Koelio, Elçin Səfərli
Baxdığı veriliş – MTV telekanlı ve Euronews telekanalları
Mobil telefon – İphone və Blackberry
İstirahət – Antalya, Milan, Dubay, Nabran
Çimərlik – «Qressent biç», «Amburan», «Akva-park»
Diskoteka – Face club
İdman – fitness klub, boulinq
Səhiyyə – «Diamed», «Evromed», «Media Club», Mərkəzi Klinik Xəstəxana
Teatr – Rus Dram Teatrı
Banket – Yaxt-klub
Əyləncə – Bakı Əyləncə Mərkəzi
Restoran – , «Azza», «Makdonalds», Ali və Nino
Mətbəx – club sendviç, moxito və teramisyu
İçki – «Nemiroff», «Xennesi»
Bazar – «Yaşıl», Keşlə, «Təzə bazar»
Market – «Ramstor», «Kontinental», «Almalı»
Sevimli brendlər – «Lakoste», «Şanel», «Kristian Dior», DG, «Kenzo», «Polo» .

Qəbiristanlıq – Fəxri Xiyaban, qara mərmər, qranitdən heykəl.
Cəmiyyətin rifahı meşşanlar üstündə qurulub. Odur ki, yaşasın meşşanlıq!

“Burjuaziyanın təvəzökar cazibəsi” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma