Posted by: jafarova on: May 24, 2011
Xəstəxanadan qaçış ya həkimlər cümə axşamları nə edir?
Səhər 11. Tibb bacısı yuxudan oyadıb sistem vurulacağını bildirdi. Yataqdan qalxıb həkimin otağına getdim. Burdan çıxmaq qərarım qəti idi. Otaqda heç kim yox idi. Palataya qayıdanda tibb bacısı sistem hazırlaya – hazırlaya dedi ki, xəstəxanada bir dənədə həkim yoxdur, hamsı yasa gedib!? Bugün heç kim olmayacaq. Anama zəng edib, burdan ya həkim izni ilə, ya da özbaşna çıxacağımı bildirdim. Anam bir az sebrli olmağı və onu gözləməyimi istədi. Onsuzda yardım olmadan buranı tərk edə bilməzdim. Çox zəif idim.
Korupsiya ilə mübarizə haqqında
Tibb bacısı isə həkimlərin yasa gedib, tibb bacılarının isə bu mərasimdə iştiraklarına izn verməmələrinə küskün idi. Bundan istifadə edib ondan maraqli məlumatlar aldım. Məlum oldu ki, korupsiya ilə mübarizədən ən çox sanitarlar və tibb bacıları əziyyət çekirmiş. Həkimlər isə necə rüşvət alırdılarsa, elə də davam edirlər. Hər təbii doğuşda iştirak üçün ancaq həkimlər 200 manat (həkimin zəhmət haqqı), “keser”ka üçün 300 manat, müalicə yazmaq üçün 20 manat alır. Özüdə bu qiymətləri xəstənin yaxınlarına elə həkimin tibb bacısı çatdırır. Amma tibb bacılarının bundan “xeyiri” nə qədərdir? İki – üç manat!
Tibb bacısı monoloqunun sonunda mənə məsləhət də verir:
“getmək istəyirsən burdan, həkimin cibinə pul bas”!
Rüşvət indiyənə qədər verməyən adam kimi etiraz edirəm və sadəlövhcəsinə ərizə yazıb çıxaram deyirəm.
Birinci rüşvəti necə verdim!
Cümə günü həkimlə hüququ müstəvidə dialoqum baş tutmadı. Qaçış planımda alınmadı, məndən şübhələnən həkim tibb bacılarına məndən göz qulaq olmağı tapşırmışdı. Tərslikdən lüks palata tibb bacılarının otağı ilə üzbəüz idi. ikinci dəfə bir həftə ərzində özümü şpion filmlərindəki kimi hiss edirdim. Anam özünəməxsus tərzdə məsələni çözmək istəyirdi. Tanışlar tapıb həkimə zəng elətdirmək istəyirdi. Əslində elətdirdidə. Amma həkim nuh deyirdi, peyğəmbər demirdi. Görünür kaprizli xəstəni cəzalandırmaq istəyirdi. İki günlük burdan çıxmaq cəhdlərim məni bir az da halsızlaşdırdı. Artıq əlac yox idi. Rüşvət verməyə razı olmuşdum. Bəraət qazandırmıram özümə, bunu eləməməli idim. Amma söhbət təkcə məndən getmirdi, qızımı düşünməli idim. xəstəxanada qaldıqca daha çox xəstələndiyimi hiss edirdim. Səhər ovcumda 10 manat pul həkimin otağına girdim. 5 dəqiqəyə ərizə yazıldı və mən evə yığışmağa getdim….
Beləliklə xəstəxana məcaralarım bitdi. Artıq şərhə ehtiyac yoxdur. Öz gözlərimlə inkişafı gördüm, dövlətimizin vətəndaşlarına qayğısını öz üzərimdə hiss etdim…
Anlamiram sizi. Agzindan inqilab devrim cevrilis yagi suzulen 8 milyon toplumun goresen necesi omrunde hec olmazsa tek birce defe Siyasetle bagli kitab oxuyub? ay vetendas ay gulendam bu problemleri gozu goren qulagi esiden agli kesen her kes bilir, sen secilmis bendelerden deyilsen bu movzuda rahat ol. Secilmislerden olmaq isteyirsense mumkunse mene bir cozum tap ve mailime gonder turk_l@box.az
Bismilahi Rahmani Rahim EVVELCE SALAM ALEKUM.BAHGSLAYIN SIZE BIR SOZUM VAR EGER BIRISI IMKANI CATMIR HEKIME HORMET ETMEYE HEKIMDE O,XESDEYE BAXMIRSA ONA NECE BIR CEZA DUSUR,BIZIM XESTEDE XANADA SEMASKA DIALIZ SOMESI FAZIL ALMEMMEDOV BIR HEFTIYE 4MIIN AZN XESTELERIN DERMANINI SATIB YEYEIR ONUN ALLAH CEZASINI VERSIN HOKMETMIZ HARA BAXIR YOXSA SERIKDI HOKMET O INSAN DEMEZDI UZUR ISTIYIREM HEYVANNAN.GELIN EY EHLIBEYIT OVLADLARI EL ELE TUTAG QOYMUYAG XAHIN ALACAX ADMALARIN ELINDE ANA BACIMIZ QIRILSIN BELELERINI ISHDEN CIXARMAG LAZIMDI AMIN INSHALLAH.COX SAGOLUN HAMINIZ.
May 24, 2011 at 1:01 pm
Vefa xamin, size Allah shefa versin.Azerbaijanda bir derebeylik bash alib gedir, axirini Allah ozu xeyir etsin.Adam yashamagdan bezib burda.Ne yazmisiniz tamamile duzdur. Biyabirchiligdir.