Delixanadan reportaj…

Pulsuz Səhiyyə Xidməti – miflər və həqiqətlər (III hissə)

Posted by: jafarova on: May 23, 2011

Pulsuz dərmanlar haqqında mif

Gözlərimi açanda yenə “luqs” palatada idim. Sol əlimə sistem qoşulmuşdu. Sağ əlimdə vena tapa bilməyib ordakı kapilyarlarımı partlatmışdılar. Sonrakı 6 gündə bu tez – tez tekrar olunurdu. 6 tibb bacısı başıma toplaşır vena axtarırlar ən azı bir dəfə kapilyarımı partladırlar, sonda anastazioloq çağırılır və venama sistem qoşulurdu. xəstəxanadan çıxandan sonra əllərim göm – göy idi. Remarka: Luqs otağ haqqında: İki çarpayı, iki tumboçka, dəmirdən uşaq beşiyi, stol, bir dənə stul, nuh əyyamından qalma və ancaq yerli kanalları göstərən “pultlu” televizor (işığı söndürəndən sonra ekran da öz – özünə parlaqlığını itirir, ekran qaralırdı. Döşəmə – yırtıq linolium. Divardan süni güllər asılmışdı. Otaqda tualet – hamam yox idi. Bu cehenneme, “umlvalnikdə” yox idi. Palatadan çıxıb başqa otaqları görənə qədər niyə bu otağa lüks deyildiyini anlamırdım. Başqa otaqlarda vəziyyət daha pis idi. Bir balaca otaqda 5 çarpayı. Havasızlıq. Divarlar çatlaq. Dərmanlar: Xəstəxanada bizə tibb bacıları bildirdilər ki, dəhlizdəki yazdıqlarına (Səhiyyə Nazirliyin elanı: xəstəxanada bütün dərmanlar pulsuzdur) baxmayaraq onlarda dərman nədir, adicə bint və pambıq belə yoxdur. Buna inanmırdım. Amma birdəfə biləyimdəki venaya düşə bilməyən tibb bacısı sonra açılan qanı dayandırmaq üçün üzə taxılan tibb maskasını yara üstünə basanda artıq bu sözlərin həqiqət olduğunu anladım. Xəstəxanalarda adicə bint belə yoxdur. Ola bilər təcili yardımda vəziyyət başqadır…. ora yaxşı ki, düşmək nəsib olmayıb. Müalicə: Həkim analizlərin nəticəsini gözləmədən mənə iki səhifəlik dərman resepti yazmışdı. Mən huşumu itirəndə, sonra da yatdığım zaman atam hamsını alıb gətirmişdi. Anamla dərmanların qutularını və içindəki kağızları oxuyandan sonra dərmanların yarsını geri qaytardıq. Nələr yox idi orda, xroniki ciyər, böyrək, ürək xəstələri üçün dərmanlar…. Qeyd edim ki, bu orqanlarımın heç birindən şikayətim yox idi və yoxdur. İki gün ərzində hər gün sistem vurulurdu mənə. Tibb bacısına suallarım: diaqnozum nədir? bu Sistemlər nə üçündür? həmişə eyni cavablanırdı : “Həkimdən soruş, mənim deməyə ixtiyarım yoxdur”. iki gün idi həkimi görmürdüm, iki gündən sonra yenə hüzüruna çağırıldım. Yenə eyni prosedur, uşağın ürək döyüntülərini dinlədilər, teziq ölçüldü və UZİ – yə getmək tapşırığı aldım. Hələ tam özümə gəlməmiş vəziyyətdə məni qonşu binaya UZİ – yə apardılar. Bu dəfə liftdən istifadə etmək olmazdı. UZI- hər şeyin qaydasında olduğunu bildirdi. Yenidən həkim xanımın hüzuruna qayıtdım.

“Kaprizli qız” və ya diaqnozu necə öyrənirlər

Diaqnozumu və analizlərin cavabını soruşacaqdım. Həkim saat 3 də analizlərin cavabını gələcəyini bildirdi. Saat 3 də həkim artıq evinə getmişdi. Səhərisi gün yenidən analizlərimin cavabını və diaqnozumu soruşmağa getdim. Həkim: “Sən evin tək uşağısan? Yox? Onda niyə belə kaprizlisən” atmacasını indiyə qədər anlamıram. İnsan xəstəxanada yatır, və niyə bura düşdüyünü öyrənmək istəyir! Kaprizin bura nə nə dəxli var?  uzun sözün qısası həmin gün də həkim mənə diaqnozumu demədi. Axşam tualetə gedəndə  dəhlizdə növbətçi tibb bacısının şəxsi işləri oxuduğunu gördüm. Şpion filmlərindəki kimi, onun getməyini gözləyib öz şəxsi işimi tapıb gizlicə oxudum. Diaqnoz: zəhərlənmə, qastrit və taksikoz!!! ya ondansan, ya bundan! Analizlərim qaydasında idi… Yatmağa gedəndə artıq özüm üçün dəqiqləşdirmişdim ki, sabah səhər burdan çıxacağam. Onsuzda gün ərzində sadəcə bir dəfə sistem vurulurdu mənə, bunuda ev şəraitində davam etdirmək olar. Sadəlövh idim… bilmirdim ki, azərbaycan xəstəxanasına düşmək bir dərddir,ordan çıxmaq tamam başqa dərd…

(Ardı var)

2 Cavab to "Pulsuz Səhiyyə Xidməti – miflər və həqiqətlər (III hissə)"

Vefoçka sözüm yoxdu daha, bunlar doğrudan çox gülmeli ola bilərdi, amma inan çox dəhşətə gəldim bunları oxuyanda, çox qorxdum sənin üçün və sən indi tək deyilsən, o üzdən qorxdum. Uşaq o qədər incə bir kategoriyadır ki, bütün bunlar ona təsir edə bilər, lütfən özünü bunlardan mümkün qədər təcrid et. Mənim acı təcrübəm olmasaydı bu sətirləri yazmaqdım, amma malesef.
Bunlar vəhşidir Vefa, körpəni xilas et birtəhər lütfən!

Her sey yaxsidir Elmir)
cox saol ezizim
canimi qurtardim qacdim ordan)

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 791 other followers