Delixanadan reportaj…

Eldar Əzizov haqqında gəzən lətifələr

Posted on: Mart 13, 2011

Sumqayıtın yeni İcra hakimiyyəti başçısı Eldar Əzizov əvvəl Gəncədə eyni vəzifəni icra edirdi. İllərdir Nizami Gəncəvinin vətənində yaşamaq elə belə, izsiz ötüşməyib. Təzə icra başçısı Sumqayıta təyin olunan kimi Nizami əsərlərindəki şahlar kimi təğyiri libas olub xalqın içinə girir. Real durumu necə deyərlər həqiqətləri öyrənmək istəyibmiş. Bu əslində maraqlı təşəbbüsdən sonra Sumqayıtda icra hakimi haqqında əfsanələr gəzir. Eşitdiklərim o qədər maraqlı oldu ki, paylaşmaq qərarına gəldim:

Eldar Əzizov Sumqayıtda məşhur 7 nömrə adlanan avtobusa minib, sürücünü adi vətəndaş kimi sorğu suala tutub, bezdirirmiş:

- Siz niyə hər addım başı saxlayırsız maşını?

- Maşın mənimdir əcəb edirəm, harda istəyirəm saxlayıram.

- Necə yəni əcəb edirsən? Sən bilirsən mən kiməm?!

- Hər kimsən demaqoqa oxşayırsan, cəhənnəm ol maşınımdan!….

bu dialoqun nəticəsi olaraq sürücü bir sutka polisdə keçirdi.

Həmin günü yenə təğyiri libas olan mer taksiyə minir və sürücüdən soruşur:

- Xəbəriniz var yəqin yeni icra başçısı təyin olunub?

- Bundan əvvəlki nə p..x idiki bundan sonrakı da, nə olsun…

Bu cavabla sürücü canını sonrakı suallardan qoruyur, amma sumqayıt sakinləri yox. Səhəri günü poliklinikaya həkim müayinəsinə adi vətəndaş kimi gedən Eldar Əzizovdan həkim şirinlik istəyir. Həmin həkim işdən qovulur. BUndan sonra şəhər sakinləri internetdən orijinal üslubu ilə seçilən icra başçısının şeklini tapıb blutuzla bir birinə yollayırlar. Başlıq da –  ” MİXAYLO budur”, olur.

Təğyiri libas planları alt üst olan orijinal icra başçısı bu dəfə şəhərin ən böyük problemini, səhərlər süpürgəçilərin zibili yandırmasının qarşısını almağa girişir. O əmr verir ki, zibili yandırmaq olmaz! (Zibili hara aparmaq lazımdır, nə ilə aparmaq lazımdır bu haqqda heç bir göstəriş vermir). Əlacsız qalan süpürgəçilər gecələr çıxıb zibili yandırmağa başlayırlar.

Hələlik bu qədər, amma ürəyimə damıb ki, orijinal İcra hakiminin macəraları haqqında hələ bloqumda çox yazacağam…

About these ads

12 Cavab to "Eldar Əzizov haqqında gəzən lətifələr"

Ədaləti bərqərar etməyin Harun-ər-Rəşid variantı :)

müşahidə və təhlil üçün maraqli insandir) gencede uzaq idi
sumqayit menim doğma şəhərimdir)))

Kişini qınamaq da olmur e, əslində pis iş görmür, deyir avtobusu dayanacaqda saxla, həkim şirinlik almasın. Amma bilmir bunu necə eləmək lazımdır, ya da bilir, amma səmimi deyil :)

Men dusunurem beyenilsin)))sumqayitda ask kokusu var)))

bu premyera deyil, bu səhnəciklər mənə Gəncəyə gəldiyi günləri xatırladır.

Hər halda mənə elə gəlir ki,Sumqayıt udub Gəncə uduzub.

Bugun Sumqayitda seyyar butkalari yigiwdirirdi werefsiz ve kopekleri!!!
Bu xiyar duwunmur ki, bu butkalar hansisa ailenin tek gelir menbeyidir, yerinde de park salinacaqmiw, sual verirem: bu ac milletin g..tune yarawir bu parklar? Ac-yalavac guya parklara kim gelecek? Millet seher cixib axwam evine 1 tike corek pulu getirmek ucun ellewir.
3 yawli oglum da yaxwi soyurdu polislerin uzune, eslinde menim adimdan soyurdu, atasi tokduyunu balasi yigiwdirib nece deyerler :)

Gəncə uduzmayıb…

xahis ediremmenim muraciyetimi nezere alasiniz mekteblerde kamputer isleri bos yerlerde is olsa bildirin sumqayit seheri 17 mik.48.dom menzil.10 xahis edirem muraciyetimi oxuyun

salam məndə sizdən xahiş edirəm ki mənə bir iş verəsiniz.Özümdə hərbidən təzə gəlmişəm.İstəyirəm ki ailəmə kömək edim.cavabiniza göre teşşekkür edirəm.

heyder parki niye sokmusuz? esitmisik mermer dosetdireceksiz? camaatin tehlukesizliyine diqqet yetirmirsiz? qisda mermerin ustde gezmek olmur? surusken olur sikayetimiz bu qeder xais edirik sikayetimnize tabe olasiz?esitmisik ALLAHA inanirsiz ? bes ne ucun israfciliga yol verirsiz ?

Vəfa xanım mən nə Eldar Əzizovu tanıyııram nə də ki Sizi. Ancaq çoooox təəssüf edirəm ki, belə səviyyəsiz və daha çox erkən yaşlarda tərbiyyəsiz uşaqlırın mövzusu olan janrda Siz anekdotu müzakirəyə çıxarıbsınız. Əfsuslar. Təkmilləşin Vəfa xanım, bir az da abırlı olun.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

Digər 2. 609 izləyiciyə qoşulun

%d bloqqer bunu bəyənir: