Delixanadan reportaj…

8 mart

Posted on: Mart 7, 2011

Mailime, facebooka – qizilgül təsviri ilə açıqcalar axini başlayıb. Əslində gülməli idi, sanki yarış gedir. Düzünü bilmek isteyirsizse bextiyar, deyanet ve basqa haqsiz hebs olunmus dostlarımızı destek üçün hazırladığımız şekiller arasında bu güller çox yersiz görsenir, amma sözümün canı o deyil.
7 mart saat ondan təbrik smsləri seli başladı. Adətən yeni ili belə qarşılayırsan. Nə isə, sözüm onda deyil,  sms – lər və  zənglərlə məni 8 mart beynalxalq (? MDB – dən başqa bu bayram demək olar ki hər yerdə unudulub) qadınlar günü münasibəti ilə təbrik edirdilər. Şablon smslər təxminən bu mətndədir: “həyatımızın bir parçası olan xanım, səni 8 mart bayramı münasibəti ilə təbrik edirəm”. Yenə eyforiya üçün, mənəvi boşluğu bir gündlükdə olsun doldurmaq üçün bir səbəb – bayram öz işini görür. Amma hamı razıdır, hamı xoşbəxtdir. Hamı  dünyanın ən güclü narkotiki dozasını: “Çörək və tamaşa”  alır.Küçədə hər iki xanımdan birinin əlində gül dəstəsi ya da ki əlvan kağızlara bükülmüş hədiyyə qutusu. Gülümsəyən simalar və donuq baxışlar. Yəqin bir neçə rayonda konsert veriləcək. Birinci sırada icra başçıları, bələdiyyə nümayəndələri stulda əyləşəcəklər, arxada da adi vətəndaşlar ayaq üstə yeni tamaşa partiyasııını alıb ötürəcəklər içəri. Ən böyük konsert təbii ki, bulvarda veriləcək, şəhəri titrədib, bulvarın ətrafında yaşayan insanlara rahatlıq verməyən atəşfəşanlıq da öz yerində. Bunu AZTV – nin səyyar kameraları vasitəsi ilə  bütün ölkəyə yayımlayacaq.  Əgər bəxtimiz gətirsə və cənab İlham Əliyev xarici səfərdə olmasa qadınlarla bağlı dövlətimizin yürütdüyü müdrik və uzaqgörən siyasəti haqqında “maraqlı” və məlumatlandırıcı bir nitq eşidəcəyik. Ya da ki, aktrisalara və müğənni xanımlarıımıza fəxri adlar və ordenlər veriləcək.   Bəxtmiz gətirməsə isə, mərhum prezidentin çıxışlarından birini verəcəklər.  Televizorda sinələri medallı və fəxri adları şleyf kimi arxalarınca uzanan starlarımız, superstarlarımız və meqastarlarımız çıxıb qadınları təbrik edir, onlara uzun ömür can sağlığı arzu edir, nə isə təxminən sizə və mənə gələn ya da müəllifi olduğunuz  təbrik smsləri tipində mətnlər. (burda müəllifin telefonuna yeni sms gəldi.). yazırlar : Kişi nə qədər  dahi, güclü olsa belə onun xoşbəxt olması üçün qadına ehtiyacı var… Əslində bu təbrik smsləri kişilərin bizə olan münasibətinin  göstəricisidir. Bu bayram isə qadınlara qarşı ən böyük düskriminasiyadır. Baxın elə sonuncu mesaj :Kişi nə qədər dahi və güclü olsa  da onun xoşbəxtliyi üçün qadın lazımdır. Belə çıxır ki, qadın sadəcə kişini xoşbəxt eləmək üçün lazımdır. Və ildə bir dəfə bir dəstə qırmızı qızılgül lə onun bu səylərini qiymətləndirib kişilər öz xeyirxahlığını və alicənablığını nümayiş etdirə bilər. Çətindir bu cəmiyyətdə insan olmaq. Səni bacariqlarına görə yox cinsinə, harda anadan olduğuna görə ya da qohumlarıvın uğuruna  görə ölçürlər. Və sən bundan artığını tələb etməyə başlayanda  sənə yuxarıdan aşağı baxıb başlarını bulaya – bulaya; “Qadınlar öz zərifliyini və xanımlıqlarını itiriblər” tərzdə minnət otuzdurmağa. Xeyir ola? Çox az xanım cəsarət edib cəmiyyətə  bu sual – mesajı verə bilir. Və onların bu sualına cavab vermək əvəzinə güclü cinsin nümayəndələri hansında ki beyin əzələləri yaxşı məşq edirilməyib, konkret suala cavab vermek əvəzinə, şəxsiyyətə çekirdirlər. Məsələn bir tanışım var ki, hər dəfə məni görəndə mənə hər zaman təkrar edir, “sənki, feminist deyilsən!?” feminist deyiləm. Amma kişimərkəzçi də deyiləm. Kişi ilə qadın söhbəti ancaq yataqda olur. Cəmiyyətdə, işdə isə mən insanam. Mən maşın sürdüyüm, siqaret çekdiyimdə, pivə içdiyimdə insanam.Mənə 8 mart kimi xüsusi imtiyazlar lazım deyil. biz qadınlara xeyriyyə lazım deyil, bizə ədalət lazımdır. Sadəcə ədalət. Mənə görə ən düzgün yanaşma budur. Və dövlətin “çörək və tamaşa” siyasətini dəstəkləmək üçün lazım olan bucür geydirmə bayramlar üçün əziyyət keçib 11 konturunuzu xercləməyin.

About these ads
Etiketlər:

3 Cavab to "8 mart"

мян бу посту охуйуб беля баша дюштум ки, хейатда санки сийасетден гейри хеч не баш вермир. Хатырла, Ленинградын блокадасыны – Низамийе юбилей беля кечирирдилер.

8 mart da nigər beynəlxalq bayramlar kimi camaatın başını qarışdırmaq üçün bir vasitədir. boş şeydi. əgər mən qadınla kişi arasında fərq qoymuramsa niyə kimisə təbrik etməliyəm. və ya qadınla kişi arasında fərq qoymuramsa niyə qadın azadlığı haqqında bağırmalıyam!

Salamun alaykum! umumiyyetle 8 mart bos ve cehaletin gostericisidir. Qadinlar gunu imis himmmm. Mene maraqlidir meger bizim kisiler 365 gunun yalniz 1 gununumu qadinlarina hesr edrler?
Eslinde biz her gunumuzun mueyyen 1 qismini qadinimiza hesr etmeliyik.Cunku biz Muselmaniq…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

Digər 2. 609 izləyiciyə qoşulun

%d bloqqer bunu bəyənir: